Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Təhsil paradoksu: Gənclər magistraturadan niyə imtina edirlər?

Təhsil paradoksu: Gənclər magistraturadan niyə imtina edirlər?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bu il magistratura pilləsinə qəbul prosesi cəmiyyətin diqqət mərkəzinə düşüb və ciddi müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, buna səbəb ayrılan plan yerlərinin əhəmiyyətli hissəsinin boş qalmasıdır.

Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə bildirilib ki, bu il magistraturada təxminən 4 300 plan yeri boş qalıb.

"Bu yerlərə müraciət edən bakalavrların sayı isə cəmi 1 418 nəfər olub. Onlardan da yalnız 617 nəfəri (o cümlədən 96 nəfər dövlət sifarişi əsasında) qəbul olunub.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 555 bakalavrdan 13 446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5 798 nəfər dövlət sifarişi, 7 648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9 790 nəfər ali təhsil müəssisələrinin cari, 3 656 nəfər isə əvvəlki illərin məzunudur. Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 16 848 plan yerinin 79.81%-i dolub", -deyə DİM rəsmisi bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə gedən müzakirələr zamanı magistraturaya plan yerlərinin boş qalmasını müzakirə iştirakçıları müxtəlif səbəblərlə əlaqələndiriblər. Bir qrup hesab edir ki, bəzi ixtisaslara tələb çox aşağıdır. Gənclər bu sahələrdə iş imkanlarının məhdud olduğunu düşündükləri üçün təhsilin keyfiyyətinə inam göstərmirlər, digər bir qrup isə hesab edir ki, plan yerləri real əmək bazarının tələbləri ilə üst-üstə düşmədiyi üçün tələbələr bu sahələri seçmək istəmirlər və nəticədə bu cür mənzərə yaranır.

Bəs görəsən, Elm və Təhsil Nazirliyi (ETN) ali məktəblərin magistratura pilləsinə qəbulla bağlı plan yerlərini necə formalaşdırır?

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinə qəbul planı bir sıra mühüm amillər nəzərə alınmaqla mərkəzləşdirilmiş şəkildə formalaşdırılır. Bu planlaşdırma prosesi ali təhsilin əlçatanlığı, əmək bazarının cari və gələcək tələbləri, təhsil müəssisələrinin maddi-texniki və kadr potensialı, eyni zamanda, abituriyentlərin maraq və seçim meyillərinə əsaslanır.

"Qəbul planı hazırlanarkən ilk növbədə ali təhsilin əlçatanlığı, əmək bazarının cari və perspektiv tələbləri, təhsil müəssisələrinin maddi-texniki və kadr potensialı, eyni zamanda, abituriyentlərin maraq və seçim meyilləri nəzərə alınır.

Bu yanaşma ali təhsildə həm keyfiyyətin təmin olunmasına, həm də dövlətin strateji inkişaf istiqamətlərinə uyğun kadr hazırlığının həyata keçirilməsinə xidmət edir. Xüsusilə magistratura səviyyəsində tələbə qəbulu planının formalaşdırılması zamanı ali təhsilin səviyyələri üzrə davamlılığın təşviq olunması və elmin populyarlaşdırılması kimi məqsədlər də nəzərə alınır.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli, 503 nömrəli Qərarı ilə ali təhsil pilləsi üzrə ixtisasların yeni təsnifatları təsdiq olunub, magistratura səviyyəsi üzrə təsnifat tamamilə yenilənib və bir çox yeni ixtisaslar təsnifata əlavə edilib.

Bu səbəbdən ötən ilə nisbətən 2025/2026-cı tədris ilində qəbul planı 17 558 yer səviyyəsində (2024/2025-ci tədris ili üçün bu rəqəm 16 568 qəbul yer təşkil edib) müəyyən olunub və faktiki qəbul olunanların sayı əvvəlki illə müqayisədə 224 nəfər (1,6%) artaraq 14 335 nəfər (2024/2025-ci tədris ilində magistratura səviyyəsinə qəbul olunanların sayı 14 111 nəfər olub) təşkil edib. Ümumilikdə hər il əvvəlki ilə nisbətdə magistratura səviyyəsinə faktiki tələbə qəbulunun sayında müsbət dinamika müşahidə olunmaqdadır", - deyə məlumatda bildirilir.

ETN dövlət sifarişi əsasında ayrılmış yerlərin boş qalması halının da tamamilə normal olmasına diqqət çəkib.

"Ali təhsil müəssisələrinə qəbul prosesi dövlət sifarişi və ödənişli əsaslarla həyata keçirilir. Ümumi qəbul planında dövlət sifarişli yerlərin həcmi təhsilin əlçatanlığının əhatə dairəsinin genişləndirilməsi məqsədilə davamlı olaraq artırılır. Bu səbəbdən dövlət sifarişi əsasında ayrılmış yerlərin boş qalması halı tamamilə normaldır və hər il müşahidə olunur.

Bu halda ənənəvi olaraq xüsusi mexanizm tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"na əsasən, dövlət sifarişi yerləri tələbə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən boş qaldığı halda, DİM ETN-lə razılaşdırmaqla həmin yerlərə eyni ixtisas (ixtisaslaşma) üzrə tələbə qəbulu imtahanlarının nəticələrinə əsasən ən yüksək bal toplamış ödənişli əsaslarla qəbul olmuş şəxsi, eyni ixtisas (ixtisaslaşma) üzrə təhsilalan olmadıqda isə eyni ixtisas qrupu üzrə tələbə qəbulu imtahanlarının nəticələrinə əsasən ən yüksək bal toplamış ödənişli əsaslarla qəbul olmuş şəxsi yerləşdirir. Sadalanan tədbirlərin nəticəsi olaraq hal-hazırda təqribən hər iki tələbədən biri dövlət sifarişi əsasında ödənişsiz təhsil alır", - deyə nazirliyin məlumatında vurğulanıb.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Avqust 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see216

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see141

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see139

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see131

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri