Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Təhsil sistemində xarakter tərbiyəsi üçün sistemli addımlar atmalıyıq

Təhsil sistemində xarakter tərbiyəsi üçün sistemli addımlar atmalıyıq

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ulu Öndər Heydər Əliyevin: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”, -  kəlamı heç zaman öz əhəmiyyətini itirməyəcəkdir. Söhbət gələcəkdən gedirsə, gənclikdən danışmaq, ona hədəflənmək ən doğru yoldur. Dövlət başçımız cənab İlham Əliyev də hər çıxışında məhz gəncliyin tərbiyəsindən, onların milli dəyərlərə sadiq, vətənpərvər ruhda yetişməsindən xüsusi olaraq danışır. Gənc nəslin tərbiyəsi isə əsasən erkən uşaqlıq dövründən başlayır və məktəbdə  davam edir. 

Dövlətin bu istiqamətdə müstəqillik dövründə formalaşdırdığı və həyata keçirdiyi gənclər siyasəti 44 günlük Vətən müharibəsində öz nəticəsini verdi. Gənclərimiz əsl vətənpərvərlik nümunəsi göstərərək yeni qəhrəmanlıq salnaməsini yazdılar. Lakin unutmayaq ki,  Zəfərdən sonra Yeni dövr, yeni çağırışlar gənclərin  tərbiyəsində  daimi inkişaf və yeni yanaşmalar tələb edir. Tez-tez eşitdiyimiz tənqidi və yaradıcı düşüncə, kommunikativ və rəqəmsal bacarıqlarla yanaşı, güclü xarakterin formalaşması, dözümlü, məsuliyyətli, milli dəyərlərə sadiq, vətənpərvər, dürüst və vicdanlı gəncliyin formalaşması məsələsi hər zamam  bizi  düşündürməlidir. Ölkəmizin coğrafi və geosiyasi mövqeyi güclü, savadlı, məqsədyönlü gəncliyin tərbiyəsi məsələsini diqtə edir. Bu mənada xarakterin förmalaşması anlayışı bütün deyilənləri ümumiləşdirir. Bu həm də gəncləri yad təsirlərdən  qoruyan vasitədir.

Bir çox ölkələrdə xarakterin formalaşması  təhsil sisteminin ayrılmaz komponenti kimi verilir.  Azərbaycanda “Ümum təhsil pilləsinin dövlət standartları və proqramları” sənədi 2020-ci ildə qəbul edilmişdir. Sənədin “Ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələr” adlı səkkizinci bölməsində səriştə anlayışı aşağıdakı kimi təqdim olunur: “Səriştə təhsil prosesində və həyatda mənimsənilmiş, hər hansı bir fəaliyyət sahəsi, eləcə də şəxsi inkişaf, sosiallaşma və cəmiyyətə inteqrasiya, məşğulluq, ömürboyu təhsil üçün zəruri olan bilik, bacarıq, yanaşma və dəyərlər məcmusudur. Səriştələr ümumi təhsil səviyyəsində tədris olunan fənlər və dərsdənkənar məşğələlər vasitəsilə formalaşdırılır”. Onu da qeyd edim ki, ona qədərki kurikulum sənədində dəyər anlayışı xüsusi olaraq səriştələr təsnifatında öz əksini tapmamışdır.

Ümumi təhsil pilləsində formalaşdırılan səriştələr təsnifatına dəyərlər anlayışının da artırılması və “dəyərlər - milli kimliyin dərki və milli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət”,- kimi açıqlamanın verilməsi yeni perspektivlər açır, daha məqsədyönlü vətəndaş tərbiyəsi üçün geniş imkanlar yaradır. Bütün bunlara istinadən xarakterin formalaşması məsələsi istiqamətində qaydalar toplusu hazırlamaq və illik planlaşdırmada  ardıcıl və sistemli yanaşmalar qoymaq olar. Düşünürəm ki, tez-tez işlənən bilik, bacarıq, səriştə anlayışının yanında xarakter anlayışı da diqqət mərkəzinə çəkilməlidir. Xarakterin formalaşmasında müxtəlif aspektlər vacib amildir,  onun formalaşmasında dəyərlər, məqsədlər, standartlar meyar amili kimi işlənə bilir. Özünənəzarət, özünütərbiyə, özünüqiymətləndirmə  də bu aspektlər kontekstində  üzərində düşünülməli məsələlərdir. Onların xarakterin formalaşmasında rolu araşdırılmalıdır. Tez-tez cəmiyyətdə eşitdiyimiz fikirlər-gənclərin məqsədsiz addımlaması, məsuliyyətsizlik, etinadsızlıq kimi amillərin köklü səbəbləri ilə yanaşı, ondan xilas olmanın yolları da sistemli tətbiq olunmalıdır. Bu baxımdan özünənəzarət, özünüidarə, özünüqiymətləndirmə keyfiyyətlərinin aşılanması çox mühüm tərbiyə vasitələri kimi tədqiqat obyekti ola bilər. Son dövrlər yeni çağırışlar olan “müstəqil öyrənmə”, “ömürboyu təhsil” anlayışları da bu vasitələrin vacibliyini diqtə edir. Yeni təhsil sənədində dəyərlərin çox açıq bir formada qeyd olunması təlim və tərbiyə prosesində yeni perspektivlər yarıdır. Milli kimliyin dərki və milli iftixar hissinin aşılanması üzrə yeni  proqramların hazırlanması, habelə sosial məsuliyyət və insan haqlarını qoruma prinsipləri istiqamətində  şagirdlər və tələbələr arasında şüur formalaşdırmaq bu ilin “Konstitusiya və suverenlik ili” çərçivəsində də vacib amildir.. Bu, vətəndaşlıq məsuliyyətini dərindən hiss edən bir nəsil yetişdirməyə kömək edəcəkdir.

Bəs özünənəzarət nədir?

Özünə hakim olmaq - insanın öz düşüncələrini, duyğularını-sosial-emosional durumunu, davranışlarını və fiziki sağlamlığını idarə etmək və tənzimləmək qabiliyyətidir. 

Bu, müəyyən standartlara, dəyərlərə və ya məqsədlərə uyğun olaraq insanın özünü şüurlu şəkildə izləmək və tənzimləmək prosesidir. 

Bunu  "Özünü idarəetmə" adlandırmaq  da olar. Özünüidarəetmə bacarıqları özünənəzarətdən başlayır  və xarakterin formalaşmasında mühüm rol oynayır.

Özünənəzarət bacarıqlarını necə inkişaf etdirmək olar?

Xarakterin formalaşması bir təhsil siyasəti kimi şəxsə özünənəzarət və özünüqiymətləndirmə vərdişlərinin aşılanmasını önə çəkir. Özünənəzarət bacarıqlarını konkret məqsədlər qoymaqla, planlaşdırma,  zamanın idarə olunması, emosional intellektin inkişafı və müsbət vərdişlərin formalaşması ilə inkişaf etdirmək olar.

Beləliklə təhsil sistemində bilik, bacarıq və səriştə ilə yanaşı, xarakter tərbiyəsi üçün daha sistemli addımlar atmalıyıq. Xüsusi olaraq:

1. Xarakterin formalaşması üçün yeni metodik  sistem;
2. Tədris proqramında dəyərlərə dair materiallar sisteminin formalaşdırılması;
3. Özünənəzarət, özünüidarə və özünüqiymətləndirmə vərdişlərinin aşılanması ətrafında metodik üsullar.

Azərbaycanın parlaq gələcəyi gəncliyin düzgün istiqamətləndirilməsi və xarakter tərbiyəsindən asılı olacaq. Bunu hər hansı bir məktəbdə təcrübədən keçirməklə nəticələrə əsasən qərarlar vermək olar.  Bu yolda atılacaq hər addım yeni nəsilin daha bilikli, məsuliyyətli və şüurlu bir cəmiyyət yaratmasına təkan verəcəkdir. Bu istiqamətdə polimika açmaq da faydalı olar.…

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri