Təhsil və elmlə bağlı səsləndirilmiş fikirlər mübaliğəsiz olaraq uğur təmin edən fəaliyyət planıdır Ədalət Muradov
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə sadəcə müsahibə deyildi. Təhsil və elmlə bağlı səsləndirilmiş fikirlər mübaliğəsiz olaraq uğur təmin edən fəaliyyət planıdır. Bu planın məğzi isə ondan ibarətdir ki, güclü Azərbaycan güclü təhsil və elmlə qurulur. Prezident İlham Əliyevin bu müsahibədə səsləndirdiyi çağırışları, tövsiyələri əsasında Azərbaycanın uğurlu gələcəyini təmin edə biləcək təhsil və elmin əsas elementlərini müəyyən etməyə çalışdıq. Birincisi, Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan dilinə böyük diqqət ayırdı. Bundan əvvəl, AMEA-nın 80 illiyinə həsr edilmiş tədbirdə çıxışında da Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasının əhəmiyyətinə geniş yer vermişdi: "Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Mənim göstərisimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim usaqlarımız öz ana dillərini bilsinlər. Mən çox istəyirəm ki, bütün azərbaycanlılar Azərbaycan dilində, bax, bizim kimi danışsınlar. Bu, mənim arzumdur." Fikrimizcə, Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı söylədikləri məhz Azərbaycan dilində təhsilə diqqət artırmağı tələb edir. Bu baxımdan Azərbaycan dilində təhsil milli kimliyin, intellektual suverenliyin və dayanıqlı inkişafın əsas dayaqlarından biri kimi səciyyələndirilir”.
Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.
Rektor bildirib ki, bu məsələ təkcə dil seçimi deyil, dövlətçilik və strateji inkişaf məsələsidir. Azərbaycan dilində təhsil həm də sosial mənşəyindən asılı olmayaraq hamı üçün təhsil imkanlarını bərabərləşdirən ciddi amil, milli elmin təməli kimi qəbul edilir. Eləcə də, onlayn təhsili önə çəkməklə Prezident İlham Əliyev təhsildə yeni texnologiyaların əhəmiyyətini və onun tətbiqinin zəruriliyini, vacibliyini xüsusi vurğulayır:
“İkincisi, dəyərləri hər zaman bilikdən önə çəkən Ölkə başçısı bu dəfə də bu yanaşmanın dəyişməzliyini təsdiqlədi və bir daha dəyərləri həlledici amil kimi qeyd etdi: "Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri." Dəyərlərin formalaşdırılması təhsildən daha çox mədəniyyətin missiyasıdır. Bu isə o deməkdir ki, təhsilin "saf, təmiz kadrlar" yetişdirməsi üçün mədəniyyətin təhsilə inteqrasiyası üçün yeni yanaşmalar tələb olunur”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 12 Yanvar 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















