Icma.az
close
up
RU
Kağızsız Ticarət Şurasının sessiyası keçirilib

Kağızsız Ticarət Şurasının sessiyası keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 iyun, AZƏRTAC

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə Kağızsız Ticarət Şurasının 4-cü sessiyası və Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyası keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki,Tailand Krallığının Banqkok şəhərində keçirilən tədbirdə ölkəmizi komitə sədrinin müavini Natiq Şirinovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyalar Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlərin və fəaliyyətin müəyyən edilməsi məqsədilə keçirilib. Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyasında prioritet vəzifələrin icrası ilə bağlı məsləhətləşmələr, Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üçün Milli Komitələrin təsis edilməsi, sənədlərin elektronlaşdırılması və qarşılıqlı tanınması, fərdi fəaliyyət planları barədə fikir mübadiləsi aparılıb, potensialın gücləndirilməsi strategiyaları və əməkdaşlıq planları müzakirə olunub.

Kağızsız Ticarət Şurasının iki günlük sessiyasında üzv dövlətlərin yekdil səsverməsi ilə Azərbaycan nümayəndə heyətinin rəhbəri Natiq Şirinov Kağızsız Ticarət Şurası iclasının sədr müavini seçilib. Sessiyada Daimi Komitə tərəfindən təqdim olunmuş tövsiyələr müzakirə edilib, üzv dövlətlərin məruzələri dinlənilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov sessiyada çıxış edərək xarici ticarətdə elektron bir pəncərə sisteminin yaradılması istiqamətində görülən işlər, malların və nəqliyyat vasitələrinin sərhəd qeydiyyatında və gömrük rəsmiləşdirilməsində süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analiz Sisteminin (ARAS) tətbiqi, “Rəqəmsal gömrük dəyəri” layihəsi, eləcə də digər ölkələrlə qarşılıqlı məlumat mübadiləsi ilə bağlı fikirlərini bölüşüb.

Sessiyanın sonunda Kağızsız Ticarət Şurası tərəfindən hesabat qəbul edilib. Hesabatda Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyasının nəticələrinin məqbul hesab edildiyi vurğulanıb, tövsiyə standartlarının qəbul olunması və təqbiqi, həmçinin Çərçivə Sazişinin reallaşdırılması məqsədilə texniki və maliyyə dəstəyinin göstərilməsi, potensialın gücləndirilməsi ilə bağlı mümkün təlimlərin və təşviqat-təbliğat tədbirlərinin həyata keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri