Icma.az
close
up
RU
Təhsilin bir pilləsindən digərinə keçid zamanı ixtisasın uyğunluğuna dair tələblər təsdiqləndi KONKRET

Təhsilin bir pilləsindən digərinə keçid zamanı ixtisasın uyğunluğuna dair tələblər təsdiqləndi KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələblər təsdiqlənib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyasının qərar qəbul edib.

Yeni tələblər tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin yüksək texniki peşə təhsili verən peşə təhsili müəssisələrinə şamil ediləcək.

Qərarla həmçinin təhsil proqramlarının (ixtisasların) uyğunluğu tələb edilən hallar da müəyyənləşib.

Belə ki, təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu “Təhsil haqqında” qanunun 20.3-2-ci, 21.5-ci və 26.4-cü maddələrinə uyğun olaraq aşağıdakı hallarda tələb olunacaq:

– peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsini və ya orta ixtisas təhsili pilləsini bitirməklə ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə keçid (bundan sonra –peşə təhsili və ya orta ixtisas təhsili pilləsindən ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid);

– ali təhsil pilləsinin bakalavriat səviyyəsini bitirməklə magistratura səviyyəsinə keçid (bundan sonra – magistratura səviyyəsinə keçid);

– ali təhsil pilləsinin əsas (baza ali) tibb təhsili səviyyəsini bitirməklə rezidentura səviyyəsinə keçid (bundan sonra – rezidentura səviyyəsinə keçid);

– ali təhsil pilləsinin magistratura (rezidentura) səviyyəsini bitirməklə fəlsəfə doktoru proqramı üzrə doktorantura (adyuktura) səviyyəsinə keçid (bundan sonra – doktorantura səviyyəsinə keçid).

Peşə təhsili və ya orta ixtisas təhsili pilləsindən ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Magistratura səviyyəsinə keçid Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”na uyğun olaraq bakalavr ali peşə-ixtisas dərəcəsi almış şəxslərin magistratura səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Rezidentura səviyyəsinə keçid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”na uyğun olaraq həkim ali peşə-ixtisas dərəcəsi almış şəxslərin rezidentura səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Doktorantura səviyyəsinə keçid Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq magistr ali elmi-ixtisas (həkim-mütəxəssis ali peşə-ixtisas) dərəcəsini almış şəxslərin fəlsəfə doktoru proqramı üzrə doktorantura (adyuktura) səviyyəsinə qəbulu vasitəsilə həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see242

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see239

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see230

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see169

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see162

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri