Icma.az
close
up
RU
“Təhsilin əsas vəzifəsi öyrətməkdir” DOSENT

“Təhsilin əsas vəzifəsi öyrətməkdir” DOSENT

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Elm və təhsil nazirinin müavini Həsən Həsənli “Məktəblilərarası Milli Hakaton 2025″in mükafatlandırma mərasimində çıxışı zamanı deyib ki, bu gün 175 mərkəzdə kompüter əsaslı imtahan keçirmək imkanımız var.

O bildirib ki, bu, ölkə üzrə əlçatanlığı təmin edir.

“İnsan kapitalının formalaşdırılması ən vacib istiqamətlərdəndir və bu məqsədlə cənab Prezident İlham Əliyevin təsdiqlədiyi strategiya çərçivəsində artıq işlərə başlanılıb.

Bu strategiya 2022-ci ildə təsdiq olunanda məktəblərdə kompüter və internetlə təminat istədiyimiz səviyyədə deyildi. Amma bu gün artıq məktəblərdə şagird-kompüter nisbəti 1:6 səviyyəsinə çatmışdır. Bu isə o deməkdir ki, kompüter laboratoriyaları məktəblərdə artıq şagirdlərin öyrənmə ehtiyacları əsasında səmərəli fəaliyyət göstərə bilir.

Eyni zamanda internetlə bağlı problemlər də böyük ölçüdə həll olunub”.

Gununsesi.info -ya danışan təhsil eksperti, dosent İlham Əhmədov məsələyə belə münasibət verib:

“Daha yaxşı olardı ki, 175 mərkəzdə keyfiyyətli təhsil vermək imkanı olardı.

ETN-nin vəzifəsi fasiləsiz, keyfiyyətli təhsil verməkdir, fasiləsiz imtahan və sertifikasiya aparmaq yox. Xüsusən də, bu imtahanlardan heç bir nəticə çıxarılmırsa, vəziyyət yaxşılığa doğru dəyişmirsə.

Məmur deyir ki, ölkədə hər 6 şagirdə 1 kompüter düşür. Yəni, məktəblərimizdə azı 250 min kompüter var. Buna da, 3-4 ildə ortalama 250 milyon manat maliyyə sərf edilib.

Bu kompüterlərin təhsildə keyfiyyətli və səmərıli tətbiqi üçün nə qədər öyrədici resurslar, kontent hazırlanıb? Hansı elmi tədqiqatlar aparılıb? Kimlər bunu icra edib, nə nəticələr alınıb? Buna nə qədər maliyyə sərf edilib? Bu suallara bəs kim cavab verəcək?”.

İlham Əhmədov qeyd edib ki, beynəlxalq təcrübədə təhsilin rəqəmsallaşmasına xərclənən maliyyənin kontent və elmi təminata sərf edilən hissəsi ilə avadanlığa sırf edilən hissəsi paritetlik təşkil edir (yəni 50%+50 % olur).

“Bizdə isə bütün maliyyə avadanlığa sərf edilir. Bu səhv ənənə 20 ildir ki, davam edir. Ona görə də rəqəmsallaşmanın təhsilin keyfiyyətinə heç bir müsbət təsiri olmur, əsasən imtahanlar aparılır. Bunun isə şəffaflığı və obyektivliyi, keyfiyyəti çox vaxt şübhəli olur”,-deyə o əlavə edib.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri