Icma.az
close
up
RU
Təhsilin keyfiyyəti təkcə sinif otağında deyil,... EKSPERT ŞƏRH ETDİ

Təhsilin keyfiyyəti təkcə sinif otağında deyil,... EKSPERT ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Təhsil nəzəri cəhətdən cəmiyyətdə sosial bərabərliyi təmin edən ən güclü vasitələrdən biri hesab olunur. Çünki təhsil hər bir fərdin doğulduğu ailənin maddi və sosial vəziyyətindən asılı olmayaraq, öz potensialını kəşf edib inkişaf etdirməsi üçün bərabər imkanlar təqdim etməlidir. Lakin real həyatda bu ideal tez-tez pozulur və əksər hallarda təhsil sistemi sosial təbəqələşməni azaltmaq əvəzinə, onu daha da gücləndirən bir amilə çevrilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, bu problemin kökündə ilk növbədə, ailələr arasındakı maddi imkan fərqləri dayanır. Maddi imkanı olan ailələr övladlarının keyfiyyətli təhsil alması üçün daha yaxşı məktəblər seçə bilir, onları özəl dərslərə, hazırlıq kurslarına və beynəlxalq proqramlara yönləndirə bilirlər: "Bundan əlavə, bu uşaqların əlində müasir texnologiyalar, əlavə tədris vəsaitləri, fərdi müəllimlər, xarici dil kursları və digər inkişaf vasitələri olur. Bu imkanlar isə onlara ali məktəblərə qəbul olmaqda, yüksək nəticələr göstərməkdə və gələcək karyeralarında uğur qazanmaqda ciddi üstünlük qazandırır. Əksinə, aztəminatlı ailələrin övladları çox zaman yalnız dövlət məktəblərində aldıqları rəsmi təhsillə kifayətlənmək məcburiyyətində qalır. Bəzən bu məktəblərin maddi-texniki bazası zəif olur, müəllim çatışmazlığı yaşanır və ya təhsilin keyfiyyəti bölgələr üzrə qeyri-bərabər şəkildə paylanır. Bu da həmin uşaqların həm akademik göstəricilər, həm də özünəinam və motivasiya baxımından geridə qalmasına səbəb olur. Zaman keçdikcə bu fərq daha da dərinləşir və bir növ nəsildən-nəslə ötürülən sosial ədalətsizlik formasını alır.

Təhsil yalnız bilik vermir – o, eyni zamanda bir insanın gələcək həyat yolunu, düşüncə tərzini və cəmiyyətdə hansı mövqeyə sahib olacağını formalaşdırır. Təhsildə yaranan bu bərabərsizliklər sonradan əmək bazarında, gəlir bölgüsündə və sosial imkanlara çıxışda da özünü göstərir. Nəticədə, varlı ilə kasıb arasındakı fərq nəinki azalır, əksinə daha da güclənir və cəmiyyətin bütövlüyünə təhlükə yaradan ciddi sosial parçalanmalara səbəb olur. Bu problemin həlli üçün dövlətin təhsil sahəsində daha məqsədyönlü, planlı və inklüziv siyasət yürütməsi vacibdir. Xüsusilə regionlarda yaşayan və ya aztəminatlı ailələrdən olan uşaqlar üçün əlavə dəstək proqramlarının həyata keçirilməsi zəruridir. Dövlət məktəblərinin maddi və texniki təminatı yaxşılaşdırılmalı, müəllimlərin peşəkarlığı artırılmalı və təhsildə rəqəmsal texnologiyaların rolu genişləndirilməlidir. Hər bir şagirdə fərdi inkişafını təmin edəcək resurslar eyni səviyyədə təqdim olunmalıdır. Eyni zamanda cəmiyyətin və valideynlərin maarifləndirilməsi də vacib amillərdəndir. Təhsilin keyfiyyəti təkcə sinif otağında deyil, eyni zamanda ailədəki dəstək və mühitlə də formalaşır. Valideynlərin övladlarının təhsilinə verdiyi önəm, onların uğur yolunda motivasiyasını artıran əsas faktorlardan biridir.

Əgər biz təhsili cəmiyyətin bütün təbəqələri üçün real və əlçatan edə bilsək, bu zaman sosial ədalətsizliyin qarşısını qismən də olsa ala bilərik. Əks halda, təhsil yalnız imkanı olanların uğur vasitəsinə çevriləcək və bu da cəmiyyətdə bərabərlik, ədalət və insan hüquqları prinsiplərinə zidd olacaq. Təhsil sisteminin əsas məqsədi isə yalnız diplom vermək deyil, cəmiyyətin hər bir üzvünün potensialını kəşf etməsinə və inkişafına dəstək olmaqdır. Bu məqsədə nail olmaq üçün sistemli, bərabər və davamlı təhsil siyasətinə ehtiyac var".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri