Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Təhsilini yarımçıq qoyub sevgilisi ilə birgə yaşayan yazıçı O, hansı romanı ilə dünyaya səs salmışdı?

Təhsilini yarımçıq qoyub sevgilisi ilə birgə yaşayan yazıçı O, hansı romanı ilə dünyaya səs salmışdı?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün məşhur "Bit" (Beat") nəslinin tanınmış nümayəndəsi, amerikalı yazıçı Cek Keruakın anım günüdür.
Kulis.az bu münasibətlə Hasan Sezerin "Azadlıq yolları, Bit nəsli və Cek Keruak" yazısını təqdim edir.


1929-cu ildə başlayan və 1930-cu ildə cəmiyyətin bütün təbəqələrinə təsir edən "Böyük depressiya" insanların həyatını alt-üst etmişdi.

Xüsusilə, Amerikada insanlar aclıqdan, səfalətdən yollara düşmüş, köçəri həyatı yaşamağa başlamışdılar.

İş tapmaq, yaşamaq, dolanmaq üçün qitəni başdan-başa gəzirdilər.

Bir sözlə, yoxsulluq, aclıq... Vəhşi kapitalizm insanların çiyninə ağır yük kimi çökmüşdü. Yaşamaq üçün mübarizə aparan bu insanlar həm dövrün reallığını, həm də ədəbiyyatın mövzusunu müəyyənləşdirdi.

O illərdə yaranan əsərlər bu acı reallığı təsvir edir, gələcək nəsillərə ötürür, çox zaman tənqid edirdi. Dövrün sarsıntıları ədəbiyyatda dərin iz qoymuşdu.

Bu dövrdə azadlıq adı ilə aparılan mübarizələr, ikiqütblü dünyanın ideoloji qarşıdurmaları, dəyişən zamanın yaratdığı arzular, - bütün bunların içindən yeni bir xətt doğuldu: "Bit" ("Beat") nəsli.

Həyatın təbii axını, insanın çılpaq həqiqətini danışmaq istəyən bu nəsil özünü məhdudiyyətlərdən azad edərək, divarları dağıtdı, yollara çıxdı, unudulmuş təbiətə qayıtdı.

"Bit" nəsli sənətin hər sahəsində öz sözünü dedi və arxasında böyük bir miras qoydu.

Bu mirasın əsasında insanın təcrübələri, arzuları və duyğuları dayanırdı.

Beləcə, cəmiyyətin formalaşdırdığı mənəvi qaydalara, saxta əxlaqa üsyan edən bir nəsil yetişmişdi. Onların addım səsləri bu gün də eşidilir.

"Bit" nəsli dedikdə ilk ağıla gələn ad Cek Keruakdır. 1922-ci ildə anadan olan yazıçı "Böyük depressiya"nın ağrısını uşaqlıqdan hiss etmişdi.

Onun arzusu sadə idi; azad yaşamaq və darıxdırıcı qaydalardan xilas olmaq.

Atasını erkən itirdiyindən anasına çox bağlı olan Keruak idman təqaüdü ilə daxil olduğu universiteti bitirə bilməmişdi.

Təhsilini yarımçıq qoyub, sevgilisi ilə birgə yaşamağa başlamışdı. Həyatının bu çətin dövründə sonradan "Bit" nəsli adını alacaq dostları ilə tanış olmuşdu.

Beləliklə, o, fabriklərin, maşınların səsindən uzaqlaşmaq, azad nəfəs almaq üçün yola düşdü. Həyatı da yol kimi görürdü.

Keruak yazdıqlarında öz həyatını qələmi ilə birləşdirirdi. Onun əsərləri avtobioqrafik idi, amma eləcə həyat hekayəsi, məişət sicilləməsi yox, həm də özündə güclü bir fəlsəfə daşıyırdı.

Şərq düşüncəsindən, varlıq fəlsəfəsindən təsirlənmişdi. Yazdıqları ilə Amerikadakı milyonlarla yoxsulun səsini dünyaya çatdırırdı.

Azadlıq və insan ləyaqəti ideallarının ayaq altına atıldığı bir dövrdə o, dik dayanmışdı. Ola bilsin, dünyanı dəyişib, daha yaxşı bir yerə çevirə bilmədi, amma gələcək nəsillərə ümid verdi.

“Göy üzü geniş, həyat qısa, arzular sonsuz idi, yol azadlıq idi, yol dostluq idi, macəra idi, sonsuz ehtimalların cəmi idi, həyatın özü idi.”

Çətin günlərdən keçən Keruak yaşadıqlarını bəzən dəyişdirərək, bəzən olduğu kimi yazırdı.

Kitabın çap olunması məqamı yetişəndə əvvəlcə müəyyən səhnələri silmək istəyirdi, ancaq nəşriyyatın təkidi ilə həmin səhnələri tam olmasa da, yumşaldılmış formada çap etdirdi.

“Yolda” romanı nəşr ediləndə bütün dünyaya səs saldı. Hər kəs orijinal versiyada hansı səhnələrin yazıldığı ilə maraqlanırdı.

Kitabın 50 illiyinə həsr olunmuş “rulon versiyası” isə ədəbiyyat tarixinə kult əsər kimi düşdü.

Keruak onlarla obraz yaratdı. Həmin obrazları təhkiyəçinin öz şəxsiyyəti ilə birləşdirdi, təcrübələrini səmimi bir dildə yazıya çevirdi.

Ədəbiyyatın klassik qaydalarına görə hekayənin süjeti, strukturu və müəyyən qaydalara tabe olan dili olmalı idi.

Amma Keruak bütün qaydaları pozurdu. O, dilə fikir vermir, necə gəldi işləyirdi. Sözü oxucuya yox, həyata idi.

Kağızları dəstələyib fasiləsiz, nəfəs dərmədən yazdı. Aradan illər keçəndən sonra başa düşürük ki, “Yolda” təkcə roman yox, böyük bir mədəniyyətin başlanğıcıdır.

"Bit" nəsli üçün əsas olan yaşamaq və hiss etməkdi. Onlar həyatın qısalığından qorxmurdular, sadəcə onu dolu yaşamaq istəyirdilər.

Bu nəsil “ağıllı” sistemlərin yaratdığı saxta nizama qarşı idi. Onlar üçün azadlıq şəhərin divarları arasında yox, təbiətin qoynunda idi. Həyatın təbiiliyi, sadəliyi, səmimiliyi, - bütün dəyərlər oradaydı.

Bu səbəbdən "Bit" nəsli illər keçsə də, oxuculara ilham verir. Keruakun bir nəfəsə yazdığı “Yolda” romanı bu gün də oxunur, gəncliyin qəlbində ümid işığı kimi yanır.

"Bit" hərəkatı zamanla mədəniyyətə çevrildi. Bob Dilandan Allen Qinsberqə, "Yolda"dan "Dharma yolçuları"na qədər uzanan geniş bir xətt formalaşdı.

Bu yol, bu axtarış, bu hərəkat sənətin və insan ruhunun sərhədsizliyini göstərir.

Bakıda məşhur türk aktyorlarla görüş keçirilib Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə Nizami Rəmzinin qızı həbs olundu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri