Icma.az
close
up
RU
“TəhsilPlus” kartında yeni mərhələ Fotolar

“TəhsilPlus” kartında yeni mərhələ Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış “TəhsilPlus” kartının tətbiqində növbəti mərhələyə start verilib.

“Qafqazinfo” xəbər verir ki, martın 4-ü keçirilən “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə üç dövlət qurumu ilə kartın təhsilin bütün pillələrində çalışan təhsil işçilərinə təqdim olunmasını nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb.

Tədbir dövlət qurumlarının rəhbər şəxsləri, tərəfdaş təşkilatların nümayəndələri və media təmsilçilərinin iştirakı ilə keçirilib.

Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur. Onun sözlərinə görə, “TələbəPlus” kartından sonra “TəhsilPlus” kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir.

Tədbirdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sistemində aparılan islahatların əsas hədəfinin müəllimlərin sosial rifahının və peşəkar motivasiyasının gücləndirilməsi olduğunu ifadə edib.

O bildirib ki, “TəhsilPlus” layihəsi ölkə üzrə yüz minlərlə təhsil işçisini vahid çoxfunksiyalı platforma ətrafında birləşdirərək, onların sosial təminat imkanlarını genişləndirəcək, əlavə güzəşt və üstünlüklər təqdim edəcək. Nazir müavini vurğulayıb ki, bu təşəbbüs təhsil siyasətində insan amilinə verilən önəmin real ifadəsidir.

“Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında layihənin önəmindən danışıb. O qeyd edib ki, “TəhsilPlus” kartı ilə minlərlə təhsil işçisi üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaradılıb. Təqdim edilən güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi onların gündəlik həyatına real töhfə verəcək. Bu layihənin önəmli tərəflərindən biri də onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır. Biz inanırıq ki, dayanıqlı inkişaf yalnız birgə əməkdaşlıq nəticəsində mümkündür.

“Mastercard” şirkətinin Biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar innovasiyanın inklüzivliklə paralel şəkildə inkişaf etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, “TəhsilPlus” kartı rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərlə gücləndirərək real və davamlı təsir yaratmasının bariz nümunəsidir.

Engin Yaşar Azərbaycandakı güclü tərəfdaşlıqlar vasitəsilə maliyyə inklüzivliyini dəstəkləməyə və müasir ödəniş ekosistemlərinə çıxışı genişləndirməyə davam etdiklərini qeyd edib.

Rəsmi çıxışların ardınca “TəhsilPlus” kartının tanıtım çarxı nümayiş olunub. Çarxda kartın dizaynı, funksionallığı, tərəfdaş şəbəkəsi üzrə təqdim edilən güzəşt və bonus imkanları, həmçinin “Mastercard Priceless Specials” proqramı çərçivəsində tətbiq olunan endirimlər əks etdirilib.

Daha sonra Fondun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov “TəhsilPlus” kartının tətbiq mexanizmi və funksional imkanları barədə geniş təqdimatla çıxış edib. Tədbirdə iştirak edən korporativ tərəfdaşlara layihəyə qoşulmaqla bağlı çağırış olunub və onların dəstəyinin təhsil işçiləri üçün yaradılan imkanların daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib.

Tədbir çərçivəsində Təhsilin İnkişafı Fondu ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq sənədləri imzalanıb. İmzalanmış sənədlər “TəhsilPlus” kartının təhsilin bütün pillələrində tətbiqinin təmin olunmasına xidmət edir.

Sonda sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərmiş, fəaliyyətləri ilə seçilən müəllimlərə “TəhsilPlus” kartları təqdim olunub. Müxtəlif fənlər üzrə Bakı şəhəri və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri kartın ilk istifadəçiləri olublar.

Qeyd edək ki, təhsilin bütün pillələri üzrə çalışan ümumilikdə 450 minə yaxın pedaqoji və inzibati heyət “TəhsilPlus” kartından istifadə imkanı əldə edəcək.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Mart 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri