Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Gələn ay 30 manat yardım veriləcək

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Tələbə təşəbbüslərinə dəstək UNEC in təhsil strategiyasının ayrılmaz hissəsidir

Tələbə təşəbbüslərinə dəstək UNEC in təhsil strategiyasının ayrılmaz hissəsidir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 95 illik inkişaf yolunda hər zaman tələbəni mərkəzdə tutan bir yanaşma sərgiləyib. Bu gün universitetdə fəaliyyət göstərən tələbə təşkilatları, tələbələrin öz təşəbbüsləri əsasında yaranaraq universitet həyatının ayrılmaz hissəsinə çevrilib. Universitet rəhbərliyi bu təşəbbüslərə daim açıq yanaşır, onların inkişafına dəstək verir və tələbələrin ictimai fəallığını təşviq edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İnnovativ Gənclər Təşkilatının sədri, UNEC Dizayn Məktəbinin 4-cü kurs tələbəsi Samir İsmayılzadənin “Tələbə təşəbbüslərinə dəstək UNEC-in təhsil strategiyasının ayrılmaz hissəsidir” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

UNEC-də 16 tələbə təşkilatı fəaliyyət göstərir və bu struktur tələbələrin sosial fəallığını, yaradıcı potensialını və liderlik bacarıqlarını ortaya çıxarmağa xidmət edir.

Bu tələbə platformaları arasında yeni nəsil düşüncəyə, texnologiyaya və innovasiyaya fokuslanan təşəbbüslər də yer alır. UNEC-in strateji baxışını əks etdirən bu təşəbbüslər gənclərin gələcəkdə rəqabətədavamlı mütəxəssislər kimi yetişməsində əhəmiyyətli rol oynayır.

Hər bir təşkilat öz fəaliyyət istiqamətinə uyğun olaraq universitetin ictimai-mədəni həyatında mühüm rol oynayır, tələbələrin maraq və bacarıqlarına uyğun mühit formalaşdırır.

Məhz belə təşəbbüslərdən biri də UNEC tələbələrinin texnologiya, rəqəmsal bacarıqlar və innovativ düşüncə sahəsində inkişafını hədəfləyən İnnovativ Gənclər Təşkilatıdır. 2024-cü ildə yaradılmış bu təşkilat UNEC-in aktiv və strateji tələbə platformalarından birinə çevrilib. Təşkilatın əsas məqsədi gəncləri innovasiya və texnologiya sahələrində maarifləndirmək, onların bilik və bacarıqlarını praktiki müstəvidə inkişaf etdirmək, yerli və beynəlxalq əməkdaşlıqlarla tələbələri real sektorla əlaqələndirməkdir.

Qısa müddət ərzində təşkilat tərəfindən bir sıra mühüm layihələr həyata keçirilib. İnnovasiya həftəsi çərçivəsində baş tutan silsilə tədbirlər – təlimlər, seminarlar və panellər UNEC tələbələrini innovasiya və startap ekosistemi kimi aktual mövzularla tanış edib. Həftə boyunca yerli mütəxəssislərin iştirakı ilə keçirilən sessiyalar tələbələrə həm nəzəri, həm də praktik biliklər qazandırıb. Eyni zamanda, təşkilat tərəfindən startap yönümlü hakatonlar və texnoloji yarışmalar təşkil olunaraq tələbələrin real problemlərə innovativ yanaşmalar axtarması təşviq edilib.

UNEC-də tələbələrin fərdi inkişafı istiqamətində atılan mühüm addımlardan biri də universitetin 95 illik yubileyinə həsr edilmiş TEDxUNEC tədbiri olub. Bu tədbir İnnovativ Gənclər Təşkilatının təşəbbüsü və universitetin dəstəyi ilə həyata keçirilib. Tədbir çərçivəsində tanınmış ekspertlər öz təcrübələrini tələbələrlə bölüşərək onlara həm motivasiya veriblər, həm də təcrübə qazandırıblar.

İnnovativ Gənclər Təşkilatı beynəlxalq əməkdaşlığa da xüsusi önəm verir. Xarici innovativ şirkətlərlə qurulan tərəfdaşlıqlar, birgə təlimlər və layihələr vasitəsilə tələbələr qlobal təcrübələrə çıxış imkanı əldə edirlər. Bu təşəbbüslər UNEC tələbələrinin qlobal əmək bazarına inteqrasiyasına və rəqabətə davamlı mütəxəssislər kimi formalaşmasına xidmət edir.

UNEC öz tələbələrinə təkcə bilik deyil, həm də universitetin intellektual və sosial həyatını formalaşdıran əsas qüvvə kimi yüksək dəyər verir. UNEC-in tələbəyönümlü təhsil modeli müasir texnologiyaların və rəqəmsal həllərin tədris prosesinə inteqrasiyası ilə daha da güclənir. Universitetdə dərs proseslərinin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Elektron tədris platformaları vasitəsilə dərslərə onlayn qoşulmaq, dərs materiallarına asan çıxış imkanı əldə etmək və öyrənmə prosesini fərdiləşdirmək mümkündür. Eyni zamanda, imtahanların yazılı elektron formatda təşkili şəffaflığın və obyektivliyin təmin olunmasına xidmət edir. Bu sistem tələbələrin bilik və bacarıqlarını daha effektiv və strukturlaşdırılmış şəkildə qiymətləndirməyə imkan verir.

Tədrisin yalnız akademik biliklərlə məhdudlaşmaması da UNEC-in fərqləndirici xüsusiyyətlərindəndir. Universitet tələbələrinin gələcək peşə fəaliyyətinə daha hazırlıqlı olması üçün onların ünsiyyət, komandada işləmək, liderlik, zamanın idarə olunması və problem həll etmə kimi qabiliyyətlərinin inkişafına xüsusi önəm verir. Bu məqsədlə UNEC-də mütəmadi olaraq “Soft Skills” dərsləri və təlimləri təşkil olunur. Bu dərslər tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verərək onları əmək bazarının dəyişən tələblərinə uyğun şəkildə hazırlayır.

Bu yanaşmalar UNEC-də təhsil alan tələbələrin yalnız nəzəri biliklərlə deyil, eyni zamanda, praktiki, texnoloji və sosial bacarıqlarla silahlanmasını təmin edir. Beləliklə, universitet məzunları rəqabətədavamlı, çevik düşüncəli və çevik fəaliyyət göstərən mütəxəssislər kimi formalaşır.

UNEC 95 illik fəaliyyəti ərzində formalaşmış təcrübəsi, tələbəyönümlü yanaşması və inkişaf edən akademik mühiti ilə ölkənin ali təhsil sistemində mühüm yer tutur. Universitetin tələbə təşəbbüslərinə verdiyi dəstək, gənclərin sosial və intellektual inkişafına yönəlmiş fəaliyyətləri UNEC-in təhsil strategiyasının ayrılmaz hissəsidir. Bu yanaşma tələbələrin biliklə yanaşı, praktiki bacarıqlara yiyələnməsinə, müasir əmək bazarının tələblərinə uyğun formalaşmasına və gələcək karyeralarına daha inamla hazırlaşmasına şərait yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see398

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see216

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see158

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see157

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see148

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see140

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see122

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri