Icma.az
close
up
RU
Tələbələr üçün güzəştli nəqliyyat kartları hazırlanmalı, aylıq abunə sistemi tətbiq edilməlidir Əmrah Həsənli

Tələbələr üçün güzəştli nəqliyyat kartları hazırlanmalı, aylıq abunə sistemi tətbiq edilməlidir Əmrah Həsənli

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Son günlər ictimai nəqliyyatda qiymətlərin artımı mövzusu cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Bu məsələni yalnız iqtisadi tərəfdən qiymətləndirmək kifayət etmir. Çünki nəqliyyat sadəcə bir xidmət sahəsi deyil, vətəndaşların, xüsusilə də gənclərin, tələbələrin gündəlik həyatının, sosial fəaliyyətlərinin və ən önəmlisi, təhsilə çıxış imkanlarının əsas vasitəsidir. Tələbələr hər gün dərsə getmək, dərsdən sonra əlavə hazırlıq və ya ictimai fəaliyyətlərdə iştirak etmək üçün ictimai nəqliyyatdan istifadə edirlər. Nəqliyyat qiymətlərinin artması onların aylıq büdcəsinə birbaşa təsir göstərir və bu təsir, xüsusilə də aztəminatlı ailələrdən olan tələbələr üçün ciddi maliyyə yükünə çevrilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli ictimai nəqliyyatda qiymət artımının tələbələrə olan ziyanından danışarkən bildirdi.

"Unutmaq olmaz ki, Azərbaycanda tələbələrin böyük bir hissəsi paralel olaraq həm təhsilini davam etdirir, həm də ailəsinə dəstək olmaq məqsədilə müəyyən işlərdə çalışır. Bu tələbələrin çoxu təhsil müəssisəsinə çatmaq üçün hər gün iki-üç dəfə nəqliyyata minməli olur. Nəticədə kiçik görünən qiymət artımı ayın sonunda tələbənin və ya onun ailəsinin büdcəsində ciddi fərq yaradır. Biz təhsil sahəsində hər zaman “təhsil hamı üçün əlçatan olmalıdır” prinsipini müdafiə edirik. Amma nəqliyyat xərclərinin artması bu əlçatanlığı məhdudlaşdırır və tələbələrin motivasiyasını azalda bilir.

Dünyanın inkişaf etmiş ölkələrində bu məsələyə həssas yanaşılır. Məsələn, Avropada bir çox ölkədə tələbə kartları ilə ictimai nəqliyyatdan çox aşağı qiymətlərlə istifadə etmək mümkündür. Bu siyasətin məqsədi gənclərin təhsildən yayınmasının qarşısını almaq, onların sosial həyatını dəstəkləmək və daha rahat mühit formalaşdırmaqdır. Azərbaycanda da oxşar bir mexanizm tətbiq oluna bilər. Bu, tələbələr üçün güzəştli nəqliyyat kartlarının hazırlanması, aylıq abunə sisteminin tətbiqi və ya dövlət tərəfindən müəyyən dəstək mexanizmlərinin işlənib hazırlanması formasında ola bilər", - deyə o qeyd etdi. 

Ekspert vurğuladı ki, tələbələr üçün nəqliyyatda güzəşt yalnız sosial rifah məsələsi deyil, həm də ölkənin gələcək inkişafına bir investisiyadır:

"Çünki gənclərin təhsil almaq imkanlarını genişləndirmək, onların dərsə davamiyyətini təmin etmək, əlavə kurs və fəaliyyətlərdə iştirakını asanlaşdırmaq bilavasitə ölkənin insan kapitalına qoyulan sərmayə deməkdir. Yəni burada məsələni qısa müddətli maliyyə gəliri və ya xərclərin kompensasiyası ilə ölçmək düzgün deyil. Bu, dövlətin uzunmüddətli təhsil siyasətinə, gənclərin intellektual inkişafına və nəticə etibarilə ölkənin iqtisadi potensialına təsir edən strateji mövzudur".

Müsahibimizin fikrincə, ictimai nəqliyyatda qiymət artımı ilə bağlı qərarlar qəbul olunarkən paralel şəkildə tələbələr üçün xüsusi güzəştlərin tətbiqi mütləq nəzərdən keçirilməlidir.

"Bu, həm sosial ədaləti təmin edər, həm gənclərin üzərinə əlavə yük qoymaz, həm də təhsil prosesinin davamlılığına müsbət təsir göstərər. Biz gənclərə, tələbələrə yalnız tədris proqramları və dərsliklərlə dəstək olmamalıyıq. Onların gündəlik həyatını asanlaşdıracaq, təhsilə çıxışını rahatlaşdıracaq bu kimi sosial addımlar atmaq da dövlətin və cəmiyyətin üzərinə düşən vacib vəzifələrdən biridir", - deyə Əmrah Həsənli vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri