“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 8 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın administrasiyası Hind okeanında yerləşən Çaqos arxipelaqını Mavrikidən satın almaq imkanını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton bölgədə Çinin təsirinin artmasının qarşısını almaq və Dieqo Qarsiya adasında yerləşən ABŞ-Böyük Britaniya hərbi bazası üzərində nəzarəti qorumaq istəyir.
2025-ci ildə Böyük Britaniya və Mavriki Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsini nəzərdə tutan saziş imzalayıblar. Sazişə əsasən, Dieqo Qarsiyadakı hərbi baza 99 il müddətində fəaliyyətini davam etdirəcək.
Çaqos 1965-ci ildə Mavrikidən ayrılıb və Böyük Britaniyanın nəzarətində qalıb. 2019-cu ildə Beynəlxalq Ədalət Məhkəməsi arxipelaqın Mavrikiyə qaytarılması ilə bağlı məsləhət xarakterli rəy verərək bu ölkənin mövqeyini dəstəkləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 08 İyun 2026 08:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















