Temu ilə bağlı araşdırma başladı Azərbaycanda qadağa tətbiq oluna bilər?
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Azərbaycanda məşhur onlayn alış-veriş platforması "Temu" ilə bağlı araşdırma başlayıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şirkətin qiymət siyasəti ilə rəqabət qanunvericiliyini pozduğu iddiası əsasında iş qaldırıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova qeyd etdi ki, qurum tərəfindən veriləcək qərarla bağlı hər hansı bir rəsmi açıqlama olmadığı üçün hansı şəkildə qadağa və ya məhdudiyyət qoyulacağı məlum deyil:
"Lakin qanunvericiliyin tələbini pozacaq hər hansı bir pozuntu aşkar olunarsa, qarşı tərəfə cərimə tətbiq oluna bilər. Mən isə tamamilə daxili bazara və ya sifarişlərə qadağa qoyulacağını düşünmürəm.
Daxili bazarı sıxışdırmaq, yerli istehsalı aradan qaldırmaq məqsədilə xarici ticarət platformaları maya dəyərindən belə aşağı qiymətə satış həyata keçirirlər. Bu, həmin ölkənin yerli istehsalını tam sıxışdırıb bazardan çıxaranadək davam edir. Təbii ki, bu kimi halların qarşısının alınması məqsədilə gömrükdə limit tətbiq edilir. Lakin tətbiq edilən limit belə yetərli olmaya bilir. Bu da, təbii ki, haqsız rəqabətə, eyni zamanda ölkədən külli miqdarda valyutanın çıxmasına səbəb olur".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 17 İyul 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















