“Temu” ticarət platformasına qarşı araşdırma başladı
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Almaniya "Temu" haqqında qiymətlərə təsir iddiaları ilə bağlı araşdırmaya başlayıb.
Banco.az xəbər verir ki, Almaniyanın Kartel Ofisi (Bundeskartellamt) Çin mənşəli endirimli elektron ticarət platforması Temu-nun satıcıların qiymət siyasətinə təsir edib-etməməsi ilə bağlı araşdırmaya başlayıb.
Qurumun açıqlamasında bildirilib ki, Temu-nun Almaniya bazarında fəaliyyətinə dair qiymət tələbləri və rəqabət məhdudiyyətləri ilə bağlı şübhələr qiymətləndirilir.
“Biz Temu-nun Almaniya bazarında satıcılar üçün qəbuledilməz qiymət tələbləri tətbiq edə biləcəyi ilə bağlı şübhələri araşdırırıq. Bu tələblər rəqabəti əhəmiyyətli dərəcədə məhdudlaşdıra və nəticədə digər satış kanallarında qiymət artımına səbəb ola bilər”, – deyə ofisin rəhbəri Andreas Mundt bildirib.
Hazırda Temu-nun fəaliyyətinin rəqabət qanunvericiliyinə uyğunluğu yoxlanılır. Araşdırmanın nəticələri yaxın aylarda ictimaiyyətə açıqlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 09 Oktyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















