Icma.az
close
up
RU
Temu platformasında 217 bağlama təhvil verən obyektlə bağlı məlumat ləğv olunub

Temu platformasında 217 bağlama təhvil verən obyektlə bağlı məlumat ləğv olunub

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) poçt rabitəsi xidmətlərinin göstərilməsi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə poçt rabitəsi operatorları ilə müzakirələr aparılıb.

AgentlikdənBAKU.WS-ə bildirilib ki, müzakirə zamanı vətəndaşlardan daxil olan şikayətlər əsasında bəzi poçt rabitəsi operatorlarının qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə bağlamaları təhvil verməsi ilə bağlı narazılıq hallarının artması və bu sahədə mövcud çətinliklər müzakirə olunub.

Sözügedən problemlərin aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin operatorlar qarşılaşdıqları çətinliklər haqqında məlumat veriblər. Poçt rabitəsi operatorlarının nəzərinə çatdırılıb ki, qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə poçt göndərişlərinin təhvil verilməsi yolverilməzdir və analoji hallar təkrarlanarsa, lisenziyaların dayandırılması və ya ləğvi haqda məsələ qaldırılacaq.

Məsələ ilə bağlı "Temu" elektron ticarət platformasının məsul nümayəndələri ilə də müzakirələr aparılıb. Danışıqlar zamanı poçt rabitəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri "Temu" təmsilçilərinin diqqətinə çatdırılıb. Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və problemlər yaranan zaman onların qısa müddətdə aradan qaldırılması üçün İKTA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Əlavə olaraq qeyd olunub ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş məlumat əsasında sürətli poçt xidməti fəaliyyət növü üzrə verilmiş lisenziyaların siyahısı agentliyin veb-saytında dərc olunur və "Temu" əməkdaşlıq etdiyi poçt rabitəsi operatorlarının lisenziya məlumatlarını bu siyahı ilə dəqiqləşdirə bilər.

Aparılan müzakirələrin nəticəsi olaraq 217 obyekt haqqında məlumat "Temu" elektron ticarət platformasından yığışdırılıb. Həmçinin gələcəkdə analoji problemlərin qarşısının vaxtında alınması və vətəndaş müraciətlərinin effektiv cavablandırılması məqsədilə İKTA və "Temu" arasında qarşılıqlı işbirliyinə dair razılıq əldə edilib.

Qeyd edək ki, bu yanaşma həm sahənin sağlam inkişafına, həm də vətəndaşların daha etibarlı və keyfiyyətli poçt rabitəsi xidmətləri ilə təmin olunmasına xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Sentyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri