Tennis tarixində ilk: 97 və 102 yaşlı oyunçular rekord qırdı
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Amerikalı tennisçi Artur Lind və avstraliyalı Henri Yanq tennis tarixinin ən yaşlı oyunçuları arasında keçirilən matçda üz-üzə gəliblər.
İdman.Biz xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Federasiyasının (ITF) mətbuat xidməti məlumat yayıb.
Onlar matç iştirakçılarının yaşı baxımından yeni rekord müəyyənləşdiriblər.
102 yaşlı Yanq və 97 yaşlı Lind Xorvatiyanın Bol şəhərində keçirilən ITF Dünya Çempionatının “90+” yaş kateqoriyasında baş tutan 1/4 final oyununda qarşılaşıblar. Daha gənc tennisçi Artur Lind görüşü 6:1, 6:2 hesabı ilə qalib başa vurub.
Qeyd edək ki, 2023-cü ildə Henri Yanq ITF Dünya Turunda 100 yaşında çıxış edən ilk tennisçi olmuşdu. O, həmin vaxt Mayorkada keçirilən təkbətək turnirdə iştirak etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 15 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















