Icma.az
close
up
RU
Təqsirləndirilən Ruben Vardanyan vəkildən imtina edib

Təqsirləndirilən Ruben Vardanyan vəkildən imtina edib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 21-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək müdafiəçisi Avraam Berman ilə konfidensial görüşmək istədiyini deyib.

Məhkəmə vəsatəti təmin edib və prosesdə qısa fasilə elan olunub.

Fasilədən sonra təqsirləndirilən Ruben Vardanyan digər vəsatətini məhkəməyə təqdim edərək müdafiəçisi Avraam Bermandan imtina etdiyini deyib.

Təqsirləndirilən şəxs vəsatətini əsaslandıran zaman əvvəlki məhkəmə iclaslarında səsləndirdiyi fikirləri təkrar edərək bildirib ki, ümumilikdə məhkəmə prosesindən narazı olduğu üçün müdafiəçisindən imtina edir.

Müdafiəçi Avraam Berman vəsatəti təmin edib-etməməyi məhkəmənin mülahizəsinə buraxdığını qeyd edib.

Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib ki, təqsirləndirilən şəxs müdafiəçisindən hansı səbəbdən imtina etdiyini bildirməyib, buna baxmayaraq, onun müdafiəçisindən imtina etmək hüququ var. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə görə, ümumiyyətlə müdafiəçidən imtina edə bilməz. Hazırkı vəziyyətdə Ruben Vardanyan müdafiəçisi Avraam Bermandan imtina edirsə, o, başqa bir vəkillə müqavilə bağlamalı, yaxud buna vəsaiti yoxdursa, dövlət tərəfindən hüquqlarını müdafiə edən başqa bir vəkil təyin olunmalıdır.

Ruben Vardanyan digər bir vəkillə müqaviləsinin olmadığını bildirib və qeyd edib ki, dövlət tərəfindən ona müdafiəçi təyin edilə bilər, buna dair hər hansı etirazı yoxdur.

Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra yerində müşavirə edərək qərar qəbul edib.

Qərara əsasən Ruben Vardanyanın müdafiəçisi Avraam Bermandan imtinası qəbul olunub.

Təqsirləndirilən şəxsin dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün qəbul edilən qərar Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilib.

Məhkəmə prosesi təxirə salınıb. Növbəti iclas isə oktyabrın 28-nə təyin olunub.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri