Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Təqvimində müstəqillik günü olmayan ölkə So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Təqvimində müstəqillik günü olmayan ölkə So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qalib Əsədov, həkim:

- Dünyada yeganə dövlətdir ki, Böyük Britaniyanın təqvimində müstəqillik, azadlıq günü yoxdur.

Çünki heç vaxt kiminsə müstəmləkəsi və ya asılılığında olmayıb. Hətta zamanında bütün xristian dünyası Roma papasından asılı olanda belə, ingilislər papadan imtina ediblər. Yalnız idarə ediblər.

ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya kimi dövlətlər yaradıblar.

Dünyanın ən güclü Universitetlərinə sahib olublar. Dilləri dünya dilinə, pulları dünya puluna, birjaları dünya birjasına çevrilib.

Dünyada yeganə dövlətlərdəndir ki, Böyük Britaniyanın Konstitusiyası yoxdur. Dəyişməz ənənələr və yazılmamış qaydalar var. Heç kim dəyişdirə bilməz bu qaydaları.

Sadəcə olaraq, Avropanın şimalında bir adada məskunlaşaraq heç bir qonşuyla quru sərhədinə malik olmayıblar. İşğal olunmayıb bu məğrur və döyüşkən ada..

İngilislərin ən böyük xoşbəxtliyi həm də güclü qonşularının olmamasıdır. Bizdən fərqli olaraq.

Güclü qonşularının olmaması onları Azadlıq günündən məhrum edib.

Nə böyük xoşbəxtlik...

Vüqar Zifəroğlu, filologiya elmləri doktoru:

- Vurğulamaq lazımdır ki, İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvin oğlu Rza Pəhləvi son illərdə, xüsusilə də İranda 2022-ci ildən sonra baş verən "Qadın, Həyat, Azadlıq" etirazlarından sonra daha fəal şəkildə beynəlxalq səviyyədə çıxışlar edir, bəyanatlar verir və İslam Respublikasının legitimliyini sorğulayan fikirlər səsləndirir. Rza Pəhləvi özünü bu boşluğu doldura biləcək sima kimi təqdim etməyə çalışır. Bu səbəbdən hazırda gedən İran-İsrail münaqişəsi fonunda da aktivləşməsi təəccüblü deyil.

Rza Pəhləvi verdiyi müsahibələrdə açıq şəkildə monarxiyanı bərpa etmək məqsədindən danışmasa da, bəzi tərəfdarları onu gələcək İranın "konstitusiyalı kralı" kimi görmək istəyir. 1979-cu il inqilabından sonra Pəhləvilərin üz tutduğu Qərb ölkələrində fəaliyyət göstərir və çıxışlarını ingilis dilində edir. Qərbin İrana qarşı strategiyasında "rejim dəyişikliyi" ilə bağlı fərqli ssenarilər müzakirə olunur və Rza Pəhləvi özünü potensial "alternativ lider" kimi təqdim etməyə çalışır.

Lakin burada önəmli məqam İran xalqının Pəhləvilərə münasibətidir. Bu ssenari real baxımdan gerçəkləşməsi olduqca çətin olan ssenaridir, çünki İran xalqı üçün monarxiya dövrü, yumşaq desək, xoş xatirələrlə yadda qalmayıb. İran daxilində onun nüfuzu məhduddur. Xüsusən də gənc nəsil onun haqqında çox az bilgi sahibidir və Şah dövrünün repressiyaları haqda kollektiv yaddaş hələ də canlıdır. Bəzi dairələrdə nostalji olsa da, bu, geniş xalq dəstəyinə çevrilmir. Onun sabit və kütləvi şəkildə təşkilatlanmış bir hərəkatı yoxdur. Sosial mediada tanınsa da, yerli səviyyədə aktiv bir struktura və dəstəyə malik deyil.

ABŞ və Avropa isə onu bir "müxalifətin səsi" kimi dinləsə də, ciddi siyasi alternativ kimi dəstəklədikləri inandırıcı deyil. İndiki proseslər fonunda Qərbin İranda rejim dəyişikliyi üçün aktiv addım atması da real görünmür. Bu yalnız daxildən gedən proseslərlə ola bilər ki, burada da Pəhləvilərin dəstəyi yoxdur. İranın daxili mübarizələri çoxşaxəlidir: mühafizəkarlar, reformistlər, islahatçılar, sol, millətçi və islami qüvvələr, kürd, türk, ərəblər kimi etnik hərəkatlar var. Rza Pəhləvinin bu palitrada vahidləşdirici sima olması çox çətindir.

Bu mənada Rza Pəhləvinin taxtı geri alması və ya xalqın geniş dəstəyini qazanaraq ölkə rəhbərliyinə gəlməsi real deyil. Amma İran daxilində rejim böhranı dərinləşərsə və liderlik vakuumu yaranarsa, o zaman onun rolu, Qərbin də dəstəyi ilə yeni formada aktuallaşa bilər - lakin bu, yenə də əsasən İran xalqının öz seçimi və daxili siyasi güc balansından asılı olacaq.

Asif Nərimanlı, jurnalist:

- İsrailin İrana hücumundan iki gün öncə - 11 iyunda Tehranın Vanak meydanında Araş Kamangirin (Oxatan Araş) heykəli ucaldılıb. Araş Kamangir İranın Turana - türklərə qarşı müharibəsinin mifik qəhrəmanı hesab olunur. Mifə görə, Araşın atdığı ox bir neçə min kilometr uçaraq, İranla Turanın sərhədini ayırdı. Buna görə Araş Kamangir obrazı İranda həm də sərhədin bütövlüyünü simvolizə edir.

Bu heykəlin qoyulması birmənalı qarşılanmır. Çünki İslam dövləti qurduğunu iddia edən İran rejimi həmişə millətçiliyə qarşı olduğunu bəyan edib. İndi - İsraillə müharibə fonunda dini motivlərə əsaslanan rejim pəhləvilərin irqçi mifinə heykəl ucaltmaqla fars şovinizmini önə çıxarır. Və belə görünür ki, rejim qabığını yeniləməklə həlledici müharibədə fars millətçiliyinin İranı qorumaq hərəkatına bel bağlamaq niyyətindədir. Rejimə qarşı beynəlxalq planlarda məhz fars şovinizminə xidmət edən pəhləvilərin hakimiyyətə gətirilməsi istisna edilməyən variantlardandır. İran rejimi də pəhləvi irqçiliyinə heykəl ucaldaraq, bu xətti də öz tərəfinə çəkmək istəyir.

Araş Kamangirin oxunun məhz Arazın bu tayına - Azərbaycana tuşlanması ilə bağlı fikirlər də xüsusilə diqqət çəkir. Və o qədər də təəccüblü qarşılanmamalıdır. Rejimin Azərbaycanı İran sərhədlərinə - fars şovinizminin bütöv İran ideologiyasına təhlükə mənbəyi kimi göstərməsi ilk hal deyil, hərçənd son 5 gündə İranın düşdüyü vəziyyət fonunda bu cür simvolika tragikomediyaya bənzəyir.

Bizə isə Araşın oxunun İsrail qarşısında "nəyə qadir olduğuna" tamaşa etmək qalır.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Azərbaycanın beynəlxalq axtarışa verdiyi milyarder Samvel Karapetyan Ermənistanda saxlanılıb. Bu, həmin şəxsdir ki, Ermənistanın bütün internet, telekommunikasiya və enerji sektoruna nəzarət edir.

44 günlük müharibədən sonra,  müharibədən məğlub çıxan Ermənistanın Rusiya ilə münasibətləri gərgin olan zamanlar Rusiyaya məxsus bütün şirkətlərlə bağlı problem yaranmışdı.

O zaman Rusiyanın "Rostelekom" operatoruna məxsus olan  Ermənistanın əsas telekommunikasiya operatoru "GNC Alf"a şirkətinin də bütün səhmlərini məhz həmin bu Samvel Karapetyan 25 milyon dollara almışdı.

Samvel "Taşir" Holdinqin və Ermənistan Sahibkarlar Assosiasiyasının rəhbəridir.

"Ermənistan elektrik şəbəkəsi" də "Tashir" Holdinqə məxsusdur.

Ermənilərin nəhəng fiqurlarından biridir, milyarderdir. Samvel Karapetyanın adı "Forbes" və "Blomberg"in zəngin biznesmenlərlə bağlı siyahılarında da xüsusi yer tutur.

Samvel Karapetyan ötən günlər  Paşinyanla ciddi konfliktdə olan Erməni Apostol Kilsəsini müdafiə edərək hakimiyyətin kilsəyə qarşı apardığı siyasəti tənqid etmişdi.

Rusiyanın siyasi və biznes elitasına yaxın olan bu şəxsin belə açıqlaması təsadüfi ola bilməzdi.

Görünür ki, Paşinyan da məhz bu çıxışından sonra ona məxsus olan Ermənistan Elektrik Şəbəkəsini yenidən milliləşdirəcəyini açıqlamışdı.

Bundan sonra isə Ermənistan polisi onun evində axtarış apararaq saxlayıb, hazırda ona cinayət işinin açılacağı gözlənilir.

Xatırladıram ki, Samvel Karapetyan 2021-ci ildə Qarabağdakı döyüş əməliyyatları dövründə silah, sursat və hərbi texnika qaçaqmalçılığı təşkil etməkdə ittiham edərək Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilib.

Ermənistan müxalifəti də onu dəstəkləyir. Xatırlayıram ki, bir neçə il öncə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı həbsdən xilas etmək üçün həmin bu Samvel  4 milyon dollar girov qoymuşdu.

Zamanında Ermənistana və "Artsax"a ən böyük investisiya yatıranlardan biri olub.

Beləliklə, Ermənistanın bütün telekommunikasiya, internet və enerji infrastrukturuna sahib olan,  Azərbaycanın da axtarışa verdiyi Samvel Karapetyanın saxlanılması ciddi hadisədir.

Ümid edirəm Azərbaycana ekstradisiya da olunar.

Səadət Məmmədova, jurnalist:

- Azərbaycanda mövcud olan dini tolerantlıq mühiti və multikultural ənənələri ən təbii proseslərdən biridir, bu sayğı bizim insanların canında, qanındadır. Ona görə də bütün dinlərin nümayəndələri  özlərini Azərbaycanda məmnun hiss edir. Katolik kilsəsinin mətbuat katibi Toral bəy deyir ki, hətta bəzi Avropa ölkələrində Azərbaycandakı tolerant mühitdən danışanda onlara fantastik görünür, çünki özlərində bu keyfiyyət yoxdur.

Bu mövzuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın bir qrup üzvü ilə Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət zamanı da ətraflı danışdıq.

Yepiskop Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti, dövlətin icmaya göstərdiyi qayğıdan danışdı. Cənab Fekete özü slovakiyalıdır və uzun illərdir Bakıda xidmət edir. O qədər öyrəşib ki, bizim insanlarla doğmalaşıb, tədbirlərdən, xeyir-şərdən geri qalmır, mediaya isə xüsusilə açıqdır. Dini konfessiya nümayəndələrinin hansısa məsələyə münasibətini öyrənmək lazım gələndə birinci müsahibə verən cənab Fekete olur. Buna görə ona ayrıca təşəkkür etdim.

Azərbaycanda xristian kilslərinin maraqlı tarixi var. Ötən əsrin əvvəlində - 1902-ci ildə Bakıda, indiki Şəhriyar adına Mədəniyyət Mərkəzinin yerində böyük bir katolik kilsəsi tikilib. Deyilənə görə, H.Z.Tağıyev də bu tikintiyə öz dəstəyini əsirgəməyib. 1934-cü ildə Stalin dövrünün dinə və dini məkanları repressiyası zamanı kilsə dağıdılıb, yerində Djerzinski klubu (indiki Şəhriyar sarayı) tikilib.

İndiki Bülbül adına Musiqi məktəbi, 189 nömrəli məktəb yerləşən ərazidə isə böyük bir provaslav məbədi - Aleksandr Nevski kilsəsi tikilibmiş. Stalin onu da dağıtdırır. Həmin kilsə o qədər böyük imiş ki, sonra yerində bir neçə bina tikilib.

Həmin dövrdə Bibiheybət məscidi də dağıdılmışdı. Yəni Stalin hökuməti inanc yerlərinin hamısına qənim kəsilmişdi - ya tamam sökürdülər, ya da təyinatını dəyişib klub, anbar, aptek və s. edirdilər, yaxud qapısından yekə bir qıfıl asıb ziyarəti yasaqlayırdılar.

Bir sözlə, maraqlı görüş idi və digər icmalarla görüşü məmnuniyyətlə gözləyirəm. Onlardan dövlətimiz və xalqımızın ünvanına eşitdiklərimlə qürur duyuram.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 20 İyun 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri