Icma.az
close
up
RU
Tərk silah üzrə BMT nin konfransı martın 28 dək davam edəcək AZƏRTAC

Tərk silah üzrə BMT nin konfransı martın 28 dək davam edəcək AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 yanvar, AZƏRTAC

BMT yaradılandan bəri çoxtərəfli tərk-silah və silahların məhdudlaşdırılması məqsədləri təşkilatın beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq səylərində mərkəzi yer tutur. Tərk-silah üzrə konfransın növbəti sessiyası yanvarın 20-də başlayıb və martın 28-dək davam edəcək.

AZƏRTAC-ın BMT-nin saytına istinadla verdiyi xəbərə görə, sessiyanın gündəliyində duran əsas mövzular nüvə silahlanması yarışına son qoyulması və nüvə tərk-silahı, bütün əlaqəli məsələlər də daxil olmaqla nüvə müharibəsinin qarşısının alınması, kosmosda silahlanma yarışına son qoyulması, nüvə silahı olmayan dövlətləri nüvə silahından istifadə təhlükəsinə qarşı təmin etmək üçün effektiv beynəlxalq müqavilələrin bağlanması, kütləvi qırğın silahlarının yeni növləri və bu cür silahların yeni sistemləri, radioloji silahlar, hərtərəfli tərk-silah proqramı və silahlanmada şəffaflıqdır.

Konfransın 65 üzvü, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) əsasən beş nüvə dövləti ilə yanaşı, tədbirdə üzv olmayan dövlətlər də iştirak edir.

BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında çıxış edərək beynəlxalq ictimaiyyəti Qəzzada atəşkəs razılaşmasının təqdim etdiyi fürsətdən istifadə etməyə, bu ərazidə idarəetmə və təhlükəsizlik məsələlərinin həlli istiqamətində səyləri gücləndirməyə çağırıb.

“Dünən (19 yanvar – red.) birinci mərhələ çərçivəsində girov götürülən ilk üç qadın azad edilib. Bundan başqa, 90 fələstinli məhbus da sərbəst buraxılıb. Bu mübadilə hər iki tərəfdəki ailələrə rahatlıq gətirdi”, deyə Antonio Quterreş bildirib.

Baş katib vurğulayıb ki, BMT Qəzzaya humanitar yardımın həcmini artırmaqda davam edir: Təkcə bazar günü bu əraziyə humanitar yük daşıyan 630-dan çox yük maşını gəlib.

Antonio Quterreş humanitar təşkilatlar, o cümlədən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) üçün anklavlara "sürətli, təhlükəsiz və maneəsiz" girişin zəruriliyini vurğulayıb.

Baş katib çıxışında Yaxın Şərqi qeyri-müəyyənlik və böyük imkanlarla dolu “dərin transformasiya dövrü” yaşayan region kimi xarakterizə edib.

“Bizim borcumuz odur ki, Yaxın Şərq xalqları bu təlatümlü dövrdən sülh, ləyaqət və daha yaxşı gələcəyə ümidlə çıxsın”, - deyə Antonio Quterreş vurğulayıb.

Livana son səfəri zamanı çıxış edən Quterreş ölkədəki siyasi tərəqqi ilə bağlı nikbinliyini ifadə edərək bütün Livan xalqının maraqlarını təmsil edəcək və onların təhlükəsizliyinə təminat verəcək hökumətin formalaşdırılması səylərini qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri