Icma.az
close
up
RU
Tərkibində sintetik, kimyəvi mənşəli qatqı maddələrindən istifadə olunan qidalardan uzaq durmaq lazımdır

Tərkibində sintetik, kimyəvi mənşəli qatqı maddələrindən istifadə olunan qidalardan uzaq durmaq lazımdır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bildiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) “Chipsim Kabab”, “Chipsim Tomat” və “Rekord” çips məhsullarını satışdan çıxarıb. Səbəb olaraq E-621 qida əlavəsinin normadan artıq olduğu aşkarlanıb.Çips insan orqanizmi üçün hansı təhlükələr yaradır?Qida əlavəsi insan orqanizminə hansı zərərləri yetirir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, hər hansı bir məhsulu alarkən içindəki maddələrə baxmaq lazımdır: “Son illərdə bir çox hazır qidalarda, eləcə də restoran və kafelərdə sifariş olunan souslarda, həmçinin çipslərdə E-621 kimi tanınan qida qatqı əlavəsi əlavə olunur. Bu sintetik mənşəli mononatrium qlütomat, yaxud monosodium qlütamatdır. Bir çox yerlərdə xüsusi ilə də bu məhsul öz kodu ilə deyil Çin duzu kimi tanınılır. Çünki burda bu maddənin istifadə olunmasında əsas məqsəd yeni bir dadın ortaya çıxmasıdır. Sintetik mənşəli olduğuna görə də istifadə edildikdə, xüsusilə normanı keçdikdə bu zaman xroniki xəstəliyi olan insanlarda, hamilə və süd verən qadınlarda, azyaşlılarda, yuxarı yaşlılarda sağlamlıqda bir çox problemlər olur. Xüsusilə baş ağrısı, susuzluq, yuxusuzluq, bəzən də doyma hissinin olmaması, həddindən artıq çox yemək qəbulu, ənənəvi qidalardan zövq almamaq baş verir. Bu maddənin istifadə olunduğu qidalara tələbat daha çox olur. Ona görə yaxşı olar ki, hər hansı bir məhsulu alarkən içindəki maddələrə mütləq baxmaq lazımdır”.

Məhsəti Hüseynova

Məhsəti Hüseynova vurğulayıb ki, qatqı əlavəsi nəinki çipsilərdə-kolbasalarda, sosiskalarda hazır yarımfabrikat şorbalarda, “suxarik”lərdə, konservlərdə də geniş istifadə olunur.

“Ümumdünya Səhiyyə Təşkilatına görə, eləcə də Beynəlxalq bir çox qida təşkilatlarının normalarına görə monosodium qlütamat istifadə olunan məhsulların etiketində mütləq şəkildə onun olduğu göstərilməlidir. Normaları da hər məhsula görə fərqli şəkildə müəyyən olunub. İnsan orqanizmi üçün nəzərdə tutulan norma hər bir kq bədən çəkisinə görə 30 milliqram qəbul edə bilər. Gün ərzində bir-iki qram qəbul etməsi norma hesab olunsa da, bu miqdarı keçdikdən sonra sağlamlıq üçün ciddi fəsadlar törədə bilər. Nəzərə alsaq ki, gün ərzində insan bəzən birneçə cür paketlənmiş qidadan istifadə edir. Onların tərkibində əgər monosodium qlütamat istifadə olunubsa, və əgər miqdarı keçmiş olarsa, bu zaman sağlamlıq riskləri daha çox ortaya çıxır.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlərin nəticəsinə nəzər salsaq burda 29 fərqli-fərqli müəssisələrdən götürülən 45 nümunələrin bəzilərində aşkarlanıb. Bunlar daha çox çipsilərdi. Bunlarda aşkar olunan uyğunsuzluq mononatrium qlüitamatın, yaxud monosodium qlütamatın daha çox olduğuna görə həmin partiyaların ticarət şəbəkələrindən geri çağırılmasına və ümumiyyətlə həmin partiyanın satışdan yığışdırılmasına dair qərar qəbul olunub.

Ümumiyyətlə nəinki çipsilərdə, “fast-food” qidaların əksəriyyətində - kolbasalarda , sosiskalarda hazır yarımfabrikat şorbalarda, “suxarik” lərdə, konservlərdə geniş istifadə olunur. Ona görə insanlar mütləq şəkildə yolverilən miqdarı aşmamağa diqqət etsinlər. Çünki immun sistemi güclü olan insanlarda da əgər miqdarı keçirsə, allergik reaksiyalarla özünü göstərə bilər, eləcə də aqressivlik, yaxud gərginlik hiss yarada bilər. Bəzən olar ki, müəyyən miqdarda təhlükəsiz kimi göstərilsə də, ancaq o miqdarı keçdikdən sonra azyaşlı uşaqlarda ciddi fəsadlar ortaya çıxa bilər.

Bu gün bir çox azyaşlılar çipsidən daha çox istifadə etdiyinə görə onlar mononatrium qlütamatla bərabər həddindən artıq çox duz və doymuş yağ qəbul edirlər ki, bu da onların sağlamlığına ciddi zərər verir. Eyni zamanda inkişafın ləngiməsinə, əqli geriliyə, gec danışmağa və yaşıdlarından inkişafda geri qalmağa səbəb olur. Ona görə yaxşı olar ki, tərkibində sintetik, kimyəvi mənşəli qatqı maddələrindən istifadə olunan qidalardan, xüsusilə də 25 yaşa qədər olan insanlar uzaq dursunlar. Çünki bu müddətə qədər orqanizm daim inkişafda olduğuna görə zərərli və kimyəvi maddələr daha çox təsir edir. Bu da həmin insanların daxili orqanlarının funksiyasının pozulmasına gələcəkdə böyrək və qaraciyər çatışmazlığından əziyyət çəkməyə gətirib çıxardar, eyni zamanda da doymuş yağların çox olması belə ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur”-deyə Məhsəti Hüseynova qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri