Icma.az
close
up
RU
Tərləmə əleyhinə təbii vasitələr

Tərləmə əleyhinə təbii vasitələr

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tərləmə orqanizm üçün vacib olan proseslərdən biridir.

Tər ifrazı lazımsız maddələrin, toksinlərin orqanizmdən xaric olunmasını təmin edərək bədənin temperaturunu sabit saxlamağa yönəlib. Fiziki iş zamanı tərləmə daha çox baş verir, lakin gərginlik və hərarətin yüksək olması da tərləməyə səbəb olur. Qədim Romada tərləməni sağlamlıq rəmzi hesab edərək salamlaşmaq əvəzinə "necə tərləyirsən?" deyə soruşarmışlar. Lakin bəzən tərləmə normadan artıq baş verir.

AZƏRTAC bildirir ki, həkim-terapevt Elnur Eldaroğlunun dediyinə görə, tərləmə normal fizioloji hadisə olsa da, normadan artıq tərləmə hiperhidroz adlanır. Normadan artıq tərləmə bir çox səbəblərdən - hansısa hormonal, infeksion, vegetativ nevroz və xroniki xəstəlik, vitamin, kalsium çatışmazlığı, eləcə də xroniki yorğunluq sindromu zamanı ola bilər. Bədənin tərləməsi daha çox yay ayları üçün xarakterik hesab olunur. Normadan artıq tərləyənlər üçün fəslin fərqi yoxdur. Çünki bu, havanın hərarətindən yox, orqanizmin xarakterindən asılıdır. 48 yaşdan yuxarı qadınlarda həmin prosesə daha çox rast gəlinir. Təbii ki, tərləmə zamanı narahatlıq hissi olur və bədəndən pis qoxu gəlməməsi üçün müxtəlif vasitələrə əl atılır.

Normadan artıq tərləmədən qorunmaq üçün tətbiq edilən üsullar barədə məlumat verən həkim-terapevt deyib: "Bu sahədə ən yaxşı üsullardan biri bitkilərdən ibarət vannaların qəbul edilməsidir. Xüsusilə bənövşə, gülümbahar və yatıqqanqal bitkilərindən hazırlanan vanna daha səmərəli təsir göstərir. Gündəlik həyatda qoxu əleyhinə qəbul edilən vasitələr kömək etsə də, onların mənfi tərəfləri də var. Çünki onlar bədənin normal tərləməsinə mane olur. Tərləmə çox olanda dezodorant əvəzinə zəy daşından istifadə etmək ən yaxşı təbii vasitədir. Onu hamam prosedurundan sonra bir az nəmli qalması şərti ilə qoltuqaltı nahiyəyə və əllərə sürtmək olar".

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 07:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri