Icma.az
close
up
RU
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKKdan təmizlənməsi

“Terrorsuz Türkiyə” və ya Suriyanın PKKdan təmizlənməsi

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Hakan Fidan: “Türkiyə PKK/YPG kimi bir təhlükənin mövcudluğuna dözmək niyyətində olmadığını dəfələrlə bəyan edib”

“Türkiyənin öz təhlükəsizliyinə qarşı bütün təhdidləri mənbəyində həll etmək gücü və hər şeydən əvvəl qətiyyəti var”. Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan terror təşkilatı PKK/YPG-nin fəaliyyətindən danışarkən deyib. Türkiyə diplomatiyasının rəhbəri İstanbulda yerli və xarici KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edərkən vurğulayıb ki, “separatçı terror təşkilatı PKK/YPG və onun Suriyadakı qolu üçün yolun sonu artıq yaxındır”.

Baş diplomat həmçinin qeyd edib ki, Ankara “ABŞ-ın gücündən istifadə edərək Suriyada öz maraqlarını irəli sürməyə çalışan və onun arxasında gizlənən ölkələri (Fransa kimi) nəzərə almır”.

Xarici işlər naziri xatırladıb ki, Türkiyə PKK/YPG kimi bir təhlükənin mövcudluğuna dözmək niyyətində olmadığını dəfələrlə bəyan edib: “PKK/YPG-yə qarşı lazımi addımlar ya başqaları, ya da bizim tərəfimizdən atılacaq. Heç bir şey əvvəlki kimi olmayacaq”.

Fidanın sözlərinə görə, Suriya ərazisinin terrordan təmizlənməsi 2025-ci ildə Türkiyənin əsas prioritetinə çevriləcək. Nazir qeyd edib ki, bölgədə fəaliyyət göstərən bütün terror təşkilatlarının əsas hədəfi hər zaman Türkiyə olub.

Fidan terrorla mübarizədə "ikili mövqe" nümayiş etdirən ölkələri son hücumlardan dərs almağa çağırıb.

Eyni zamanda Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, terrorun dini və milli mənsubiyyəti yoxdur. Onun sözlərinə görə, bütün beynəlxalq ictimaiyyət “terror təşkilatlarının Avropa, Amerika və ya Türkiyə arasında fərq qoymadığını” qəbul etməlidir.

Diplomat ölkəsinin “Terrorsuz Türkiyə” məqsədinə nail olacağına əminliyini ifadə edib.

Görünən odur ki, Türkiyə Suriyada PKK-çıları birdəfəlik “təmizləmək” niyyətində qətidir. Bunu həm nazirin bəyanatı, həm də Türkiyə ordusunun hazırlıqları deməyə əsas verir. Belə ki, Suriyada PKK terrorçularına qarşı mümkün əməliyyatla əlaqədar Türkiyə Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə hökumətyönlü Türkiyə media orqanları hərbi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Ankara Suriyanın yeni hakimiyyət orqanlarından PKK-ya qarşı lazımi tədbirlərin görülməsini tələb edib.

Məlumatda vurğulanıb ki, Türkiyə indi hadisələrin istənilən nəticəsinə, o cümlədən hərbi əməliyyata hazırlaşır, Suriya ilə sərhəddəki qoşunları mümkün əməliyyat üçün döyüş hazırlığına gətirilib.

Onu da bildirək ki, yanvarın 7-də Fidan Suriyadakı PKK üterrorçularına xəbərdarlıq edib. Onun sözlərinə görə, hakimiyyət PKK təmsilçilərindən silahı yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. Bu təklifə məhəl qoyulmasa, Ankara hərbi əməliyyatlara başlaya bilər.

ABŞ dövlət katibi Antoni Blinken isə bildirmişdi ki, ABŞ türk qoşunları ilə kürd yaraqlıları arasında münaqişənin gərginləşməsinin qarşısını almağa çalışır. Blinken qeyd edib ki, Türkiyənin Suriyada fəaliyyət göstərən PKK yaraqlıları ilə bağlı “qanuni narahatlıqları” var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Yanvar 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri