Icma.az
close
up
RU
Tərtər faciəsi Ermənistanın müharibə cinayətləri və Azərbaycanın ədalətli mübarizəsinin simvolu

Tərtər faciəsi Ermənistanın müharibə cinayətləri və Azərbaycanın ədalətli mübarizəsinin simvolu

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

15 oktyabr 2020-ci il yaddaşlara həkk olunan ağrı, beş il öncə 15 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycan Respublikasının Tərtər şəhərində dəfn mərasimi keçirilən qəbiristanlığı ağır artilleriya atəşinə tutdu. Bu qəddar hücum nəticəsində dəfn mərasimində iştirak edən dinc sakinlər, mülki şəxslər hədəfə alınaraq 4 nəfər həlak oldu, daha 4 nəfər ağır yaralandı. Bu hadisə yalnız bir terror aktı deyil, həm də Ermənistanın insanlıqdan uzaq hərbi təxribatının, dinc əhaliyə qarşı həyata keçirdiyi məqsədli və amansız siyasətin bariz nümunəsi idi. Ermənistanın müharibə cinayətləri beynəlxalq hüququn açıq pozuntusudur.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və kəndlərimizi Gəncə, Bərdə, Tərtər, Naftalan, Mingəçevir və digər yaşayış məntəqələrini hədəfə alaraq mülki obyektlərə, məktəblərə, xəstəxanalara və qəbiristanlıqlara raket və artilleriya zərbələri endirirdi: “Bu hücumlar nəticəsində onlarla uşaq, qadın, yaşlı insan həyatını itirdi. Ermənistanın “Smerç” və “Skad” kimi uzaq mənzilli raketlərdən istifadə etməsi, hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda yerləşən şəhərləri atəşə tutması, Cenevrə Konvensiyasının kobud şəkildə pozulması demək idi”.

Nicat İsmayılov

Nicat İsmayılov vurğulayıb ki, Azərbaycan dövləti bu hərbi cinayətlərin sənədləşdirilməsi, beynəlxalq təşkilatlara təqdim edilməsi və hüquqi müstəviyə çıxarılması istiqamətində ardıcıl addımlar atdı: “Cənab Prezident İlham Əliyev bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, Ermənistanın əsl mahiyyətini işğalçı, terrorçu və humanitar dəyərləri tapdalayan bir dövlət olduğunu bir daha nümayiş etdirdi.

Cənab Prezident İlham Əliyevin siyasi iradəsi ədalətin və qələbənin təminatı idi. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sərgilədiyi dəmir iradə, qətiyyət və uzaqgörənlik Azərbaycanın hərbi-siyasi qələbəsinin əsasını təşkil etdi.

Cənab Prezident beynəlxalq arenada apardığı diplomatik mübarizə ilə Azərbaycanın haqq səsinin tanıdılmasına, ərazi bütövlüyünün bərpa olunmasına nail oldu. İlham Əliyev müharibə dövründə yalnız ordunun rəhbəri kimi deyil, həm də informasiya cəbhəsinin lideri kimi çıxış edərək, bütün dünyaya real vəziyyəti çatdırdı və erməni yalanlarını ifşa etdi.

Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, "Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almadı, müharibəni beynəlxalq hüquq çərçivəsində apardı". Əksinə, Ermənistan ordusu və rəhbərliyi dinc əhaliyə qarşı yönəlmiş cinayətlər törətməklə, müharibə qaydalarını pozdu və özünü humanitar dəyərlərdən tam uzaq bir tərəf kimi göstərdi”.

Politoloq bildirib ki, bu gün Tərtər şəhəri və onun qəhrəman əhalisi Azərbaycan xalqının sarsılmaz iradəsinin, dözümlülüyünün və mübarizə əzminin simvoluna çevrilib.

“2020-ci ilin o qanlı oktyabr günlərində düşmənin məqsədi xalqımızı qorxutmaq, ruhdan salmaq idi. Amma bu, baş vermədi. Azərbaycan xalqı daha da birləşdi, müharibənin sonunda tarixi Qələbə qazandı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa azad edildi. Tərtərin, Gəncənin, Bərdənin qanı yerdə qalmadı. Bu gün həmin şəhərlər dirçəlir, yenidən qurulur, azad edilmiş torpaqlarda həyat bərpa olunur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı həm iqtisadi, həm də mənəvi baxımdan Azərbaycanın milli birliyinin, dövlətçilik ideologiyasının yeni mərhələsini formalaşdırır”-deyə Nicat İsmayılov qeyd edib.

“15 oktyabr 2020-ci ildə Tərtərdə baş verən qəbiristanlıq faciəsi, Ermənistanın mülki əhaliyə qarşı törətdiyi saysız-hesabsız cinayətlərdən biridir. Bu hadisə Azərbaycan tarixində unudulmaz bir ağrı, eyni zamanda qələbə yolunda xalqın birliyini möhkəmləndirən bir dönüm nöqtəsidir”-deyə politoloq bildirib.

“Bu gün Vətən müharibəsinin 5 illiyində Azərbaycan qalib dövlət kimi regional sülhün, ədalətin və beynəlxalq hüququn təminatçısına çevrilib. Bütün bu nailiyyətlərin mərkəzində isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi, milli həmrəyliyi və xalqına olan sonsuz sevgisi dayanır”-deyə Nicat İsmayılov vurğulayıb.

“Tərtər şəhərində şəhid olan mülki şəxslərin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, onların qanı ilə yazılan bu tarix gələcək nəsillərə ədalətin, mübarizənin və azadlığın qiymətini xatırladacaq”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Oktyabr 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri