Icma.az
close
up
RU
Terye Holmedal: Azərbaycan haqqında kitabımda müharibə və köçkünlüyün faciəvi hekayəsi qonaqpərvərlik və səmimi cəmiyyət mövzusu ilə iç içədir MÜSAHİBƏ

Terye Holmedal: Azərbaycan haqqında kitabımda müharibə və köçkünlüyün faciəvi hekayəsi qonaqpərvərlik və səmimi cəmiyyət mövzusu ilə iç içədir MÜSAHİBƏ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm, 8 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Qaçqınların və məcburi köçkünlərin hekayələri həmişə ağrı, sınaqlar və ümidlə doludur. Bunlar təkcə öz həmvətənlərinin deyil, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin də qəlbində şəfqət oyadan, onların ürəklərinə toxunan hekayələrdir. Norveçli Terye Holmedal üç il Azərbaycanda çalışıb, ölkəni daxildən tanıyıb, burada ermənilər tərəfindən işğal olunmuş ərazilərdən didərgin düşmüş köçkünlə tanış olub. Birinci Qarabağ müharibəsi illərində evini tərk etməyə məcbur olmuş, təhsil almaq imkanından məhrum cəbrayıllı qızın taleyi onun ruhunda dərin iz buraxıb.

Onun həyəcanları və güclü iradəsi Holmedalın 2021-ci ildə nəşr olunan “Mən bunu bacaracağam” (“Jeg skall klare det”) adlı debüt kitabı üçün əsas oldu. Lalə adı verilən kitabın qəhrəmanı müharibə və didərginlik sınaqlarından keçmiş bütün insanların ümumiləşmiş obrazına çevrilib.

Yazıçı AZƏRTAC-a müsahibəsində onu məcburi köçkünlük mövzusuna üz tutmağa nəyin səbəb olduğunu və Lalənin hekayəsinin necə ədəbi ideyaya çevrildiyini açıqlayıb.

- Terye, həyatınızın Azərbaycanla bağlılığı necə baş verdi?

- Mən Azərbaycanla ilk dəfə 1995-ci ildə tanış olmuşam. Həmin vaxt Britaniyanın “Global Care” təşkilatı ilə əməkdaşlıq edən və sonradan Azərbaycanda “Norwegian Humanitarian Enterprise” (NHE) adlı müstəqil QHT kimi qeydiyyatdan keçmiş Norveç Santal Missiyasının baş ofisində çalışırdım. Təşkilat uşaq evləri, məktəblər, kənd təsərrüfatı, balıqçılıq və mədəniyyət layihələrini dəstəkləyib, ilk gündən Gəncə və Şəkidə məcburi köçkünlər arasında fəaliyyət göstərib.

Xaricə göndərilən işçilərin seçilməsi və dəstəklənməsi ilə məşğul olmuşam və nümayəndələrimizin işlədiyi şəraitlə tanış olmalı idim. Mənim qarşımda Sovet İttifaqının süqutundan sonra çox əziyyət çəkən, çətin sınaqlardan keçən bir ölkə vardı. Xüsusi problem şəhərlərdə çoxlu sayda məcburi köçkünün cəmləşməsi idi. Hakimiyyət orqanları komandamızın fəaliyyətini - evlərini itirmiş insanlara yemək, geyim və ən vacibi, mənəvi dəstək olan səylərini yüksək qiymətləndirirdi.

2006-cı ildə mən MHE-nin Azərbaycanda rəhbəri təyin olundum, 2009-cu ilə qədər bu vəzifəni tutdum. Mən və həyat yoldaşım Annelis ölkəyə gələndə, NHE-nin artıq davam edən bir çox humanitar və inkişaf layihəsi var idi.

Onların arasında fermerlərin təlimi və mal-qaraya süni mayalanma üsullarının tətbiqini ehtiva edən kənd təsərrüfatı proqramı da var idi. Tezliklə biz böyük bir mikrokredit proqramına başladıq ki, bu proqram həm əhali, həm də hakimiyyət tərəfindən hərarətlə qarşılandı. Onun müştərilərinin əksəriyyəti öz bizneslərini qurmaq və sabit gəlir əldə etmək fürsətindən istifadə edən məcburi köçkünlər idi.

Azərbaycan cəmiyyətinin tədricən öz kimliyini necə tapdığını və müasir infrastruktur qurduğunu izləmək həqiqətən də valehedici idi.

- Lalə ilə tanışlıq necə baş verdi? Yaxud, onun əsl adı necə idi, Şəfəq?

- Yuxarıda sadalanan layihələrlə yanaşı, bir neçə uşaq evi ilə də əməkdaşlıq olub. İmkansız ailələrin uşaqları ilə rastlaşmaq çətin idi: bəziləri yetim, bəziləri əlil idi.

Komandamız həftədə üç dəfə Mərdəkandakı Uşaq Evinə baş çəkib. Uşaqların çoxunun vəziyyəti ağır idi və o zaman onlara verilən yardım son dərəcə məhdud olub. İndi orada vəziyyət xeyli yaxşıdır.

Həyat yoldaşım layihəyə rəhbərlik edirdi və həmin uşaq evinə mütəmadi olaraq baş çəkən işçilər və könüllülərdən ibarət komandanın rəhbəri idi. İlk vaxtlar Annelis Azərbaycan dilini bilmirdi və biz yerli sakinlərdən birini natamam iş vaxtı ilə işə götürmək qərarına gəldik.

Həmin şəxs gənc tələbə, anası ilə Bakıda yaşayan məcburi köçkün Şəfəq oldu. Əlil uşaqlarla görüş onda güclü təəssürat yaratdı.

- Sizi azərbaycanlı məcburi köçkün haqqında kitab yazmağa nə vadar etdi?

- Günlərin birində, 2007-ci ildə öz nəşri üçün material hazırlayan norveçli jurnalist bizi ziyarət etdi. O, tərcüməçimizdən müsahibə götürdü. Mən qızın həyat hekayəsinə qulaq asdım və başa düşdüm: onun taleyində o qədər faciə və güclü iradə var idi ki, bir gün mütləq bu barədə kitab yazılmalı idi.

Onun hekayəsini kağıza köçürmək fikri o vaxtdan bəri məni tərk etmədi. Mən həmişə özümü ədəbiyyatda sınamaq arzusunda idim və 2017-ci ildə təqaüdə çıxandan sonra bu arzum gerçəkləşməyə başladı. Bu barədə bloqumda yazdım və bir neçə dost Şəfəqin hekayəsinin danışılmağa layiq olduğunu deyib məni dəstəklədi.

2019-cu ilin payızında bu fikrə qayıtmaq qərarına gəldim. Artıq 2020-ci ilin yayı üçün Azərbaycana biletim var idi, lakin pandemiya səbəbindən səfər ləğv edildi. Sonra Şəfəqə məktub yazdım, planımdan danışdım və kitabı onun həyatına əsaslandıra biləcəyimi soruşdum. O, həmin vaxt artıq yetkin yaşda idi və mən onun əri ilə də tanış idim.

Kiminsə məcburi köçkünlərin həyatından danışmaq istəməsi Şəfəqin ürəyincə oldu və minnətdarlıq etdi. O, mənə öz şəxsi təcrübəsinə əsaslanmağa icazə verdi.

Çoxlu məktub mübadiləsi apardıq, ancaq kitab 2021-ci ildə işıq üzü görəndən sonra yenidən görüşə bildik. Kitabda onu Lalə adlandırdım. Süjetin çox hissəsi, o cümlədən kitabın adı - “Mən bunu bacaracağam” real hadisələrə əsaslanır. Lalə məktəbə gedə bilməsə də, 12 yaşında parta arxasında oturdu və həmyaşıdlarına çatmaqda qəti qərarlı idi.

- Real faciədən yazmaq, eyni zamanda bədii formanı saxlamaq nə qədər çətin idi?

- Çox aydın başa düşürdüm ki, Azərbaycanda rastlaşdığım, orada tanış olduğum və böyük sevgi bəslədiyim cəmiyyətin reallığını dəqiq əks etdirəcək hekayə yazmaq istəyirəm. Həyat hekayəsini təsvir etməyə icazə verən Şəfəqə də məndə böyük hörmət hissi yaranmışdı.

Müharibə və köçkünlüyün faciəvi hekayəsi insanların bir-birlərinə həqiqətən qayğı göstərdiyi qonaqpərvər və səmimi bir cəmiyyətin hekayəsi ilə iç-içədir. Bunu yazılı şəkildə çatdırmaqdan böyük məmnunluq hissi keçirdim. Eyni zamanda, demək olar ki, real vaxt rejimində (2020-ci ildə) münaqişənin gedişatını yazdığım və izlədiyim üçün bütün bunlar mənə güclü təsir bağışladı. Cəbrayıldan “hər şey dağıdıldı” xəbərini verən Prezidentin köməkçisinin mesajlarını Şəfəqin mənimlə bölüşdüyünü yaxşı xatırlayıram. Bu, mənim üçün Azərbaycanda öz təcrübələrimi bölüşmək və eyni zamanda ədalətsizlik ilə üzləşən insanların taleyinə diqqəti çəkmək fürsəti idi.

Bədii forma mənə fantaziya qurmağa və süjeti inkişaf etdirməyə imkan verdi. Sonradan qəhrəmanın ərinə çevrilən kişi haqqında paralel süjet xətti xəyal məhsuludur. Eyni şey qəhrəmanın yetkinliyə keçidində mühüm rol oynayan dostlarına da aiddir.

- Norveçdə kitabı necə qarşıladılar? Norveçlilər azərbaycanlı məcburi köçkünlərin hansı ağır sınaqlardan keçdiyini başa düşürlərmi?

- Kitab Norveçdə təəccüblü dərəcədə yaxşı qarşılandı. Bir çox norveçli hekayənin inandırıcı göründüyünü deyir. Amma təbii ki, bu, onların məcburi köçkünlərin vəziyyətini tam başa düşməsi demək deyil. Eyni zamanda, burada bir çox insanın Suriya və Ukraynadan olan qaçqınlar arasında da dostları var...

Mənə elə gəlir ki, sadəcə, kitabım heyrətamiz dərəcədə yaxşı qarşılandı.

- Kitab nəşr olunandan sonra azərbaycanlılardan hər hansı rəylər aldınızmı?

- Təəssüf ki, kitab yalnız Norveç dilindədir. Onu ingilis dilinə bəsit tərcümə etdim və Azərbaycandakı bir neçə dostumla paylaşdım. Mənə yaxşı rəy verdilər. Təbii ki, ən çox gözlədiyim Şəfəqin reaksiyası oldu. O, qəhrəmanda özünü tanıdığını, hətta öz təxəyyülümün məhsulu olan hissələri də bəyəndiyini dedi.

Norveçdə Azərbaycan diasporunun müxtəlif tədbirlərinə, o cümlədən 1992-ci il Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasiminə dəvət almışam.

2022-ci il mayın 15-də CAN təşkilatının rəhbəri Şervin Nəcəfpurun dəvəti ilə Şuşa İli ilə bağlı tədbirdə iştirak etmək şərəfinə nail oldum. Həmin gün kitabımdan bir parçanı oxudum.

- Üç il Azərbaycanda yaşamaq sizi necə dəyişdi və Azərbaycanla bağlı ən çox nəyi xatırlayırsınız?

- Əvvəla, Azərbaycanda keçirdiyim üç il peşəkar həyatımın ən gözəl illəri olub. Hiss etdim ki, bu ölkədəki insanlar məni və NHE təşkilatını qəbul etdilər, fəaliyyətimizi və gördüyümüz işləri yüksək qiymətləndirirdilər. Özümə və hisslərimə daha açıq olan bir insana çevrildim. Bundan əlavə, mən çoxlu yaxın və səmimi dostluq əlaqələri qurdum, bunun naminə Azərbaycana dönə-dönə qayıtmaq istəyirəm. Sonuncu dəfə orada 2024-cü ilin payızında olmuşam.

Mən ölkə boyu çox səyahət etdim, çoxlu insanla tanış oldum, onların mənə hörmət və diqqətini həmişə hiss edirdim. Ən parlaq xatirələrimdən bəziləri insanlarla, xüsusən də kənd yerlərində süfrə arxasında təmaslarla bağlıdır. Bağda və ya eyvanda masa arxasında oturmaq, heyrətamiz Azərbaycan yeməklərindən ləzzət almaq, tostlara qulaq asmaq və bu süfrədə böyük bir ailənin üzvü olmaq...

Bundan başqa, yaxşı xatırlayıram ki, çətin anlarda - yolda və ya evdə, mənzildə problemlər yarananda - həmişə gəlib hər şeyi yoluna qoyan kimsə olub.

Mənim bir neçə sevimli restoranım və məkanım var ki, hər dəfə ölkəyə gələndə mütləq oralara qayıdıram.

- Qeyd etdiniz ki, o vaxt həyat yoldaşınız Azərbaycan dilini bilmirdi. İndi o dildə danışırmı? Bəs siz özünüz necə?

- Bəli, həyat yoldaşım Azərbaycan dilini kifayət qədər yaxşı öyrəndi. Mən özüm də Azərbaycan dilini sərbəst ünsiyyət üçün yetərli səviyyədə bilirəm. Bu, bizə insanlarla xüsusi yaxınlıq hiss etməyə imkan verir. Xüsusən də kənd yerlərində insanlar bizim onlarla öz dillərində danışa bildiyimizi çox yüksək qiymətləndirirlər. Hər dəfə Azərbaycana qayıdanda, bir az həyəcanlı oluruq: əcəba, dili unutmuşuqmu? Amma yox, bu dil həmişə bizimlə qalır!

Daha bir məqamı da qeyd edim; mən ölkə daxilində ictimai nəqliyyatla - avtobuslarla, qatarlarla və gözəl Bakı metrosu ilə səyahət etməyi çox sevirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri