Icma.az
close
up
RU
Testosteron səviyyəsini artıracaq unikal qidalar Kişilərin nəzərinə!

Testosteron səviyyəsini artıracaq unikal qidalar Kişilərin nəzərinə!

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Klimakterik dövr kişilərdə yaşlandıqca baş verən normal və təbii bir prosesdir. Daha çox 40-50 yaşlarından sonra müşahidə edilir. Bu dövrdə kişi cinsi hormonu olan testosteronun miqdarı azalır. Əzələ kütləsinin azalması, bədən yağının artması, sümük sıxlığının azalması, bədən tüklərinin azalması və istilənmə klimakterik dövrün əsas simptomlarıdır. Bu simptomlar menopoz zamanı qadınlarda da müşahidə edilir.

Psixoloji əlamətləri isə əhval-ruhiyyə dəyişikliyi, yorğunluq, əsəbilik, cinsi əlaqənin azalması və konsentrasiyada çətinlik ola bilər. Bəzi kişilər də bu dövrdə daha çox depressiyaya düşür.

Klimakterik dövrdə müalicə zamanı hormon əvəzedici terapiyası, müntəzəm məşq və sağlam pəhriz məsləhət görülür. Bundan başqa bu dövrdə kömək edə biləcək bəzi qida və bitkilər var:

Soya: Soya və soya əsaslı məhsullar bu dövrdə kişilərdə hormonları tənzimləməyə kömək edən fitoestrogenlərlə zəngindir. Soya həmçinin antiinflamatuar xüsusiyyətlərə malikdir və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər.

Kətan toxumu: Kətan toxumu istilənməni və gecə tərləmələrini azaltmağa kömək edən fitoestrogenlər olan lignanları ehtiva edir. Kətan toxumu həmçinin xolesterol səviyyəsini azaltmağa da yardmçı ola bilər.

Yabanı yam kökü: Yabanı yam kişilərdə hormon səviyyələrini tənzimləməyə kömək edən diosgen birləşməsi ilə zəngindir. Həm də antiinflamatuar xüsusiyyətlərə sahibdir.

Qara cohosh: Qara cohosh tez-tez qadınlarda menopoz əlamətlərini idarə etmək üçün istifadə olunan bir bitkidir, lakin klimakterik dövrdə kişilər üçün də faydalı ola bilər. Hormon səviyyələrini tənzimləyə və istilənmənin qarşısını ala bilər.

Balqabaq toxumu: Balqabaq tumları yaxşı sink mənbəyidir və kişilərdə testosteron səviyyəsini artırmağa kömək edir. Onların tərkibindəki maqnezium narahatlığı, əsəbiliyi azaltmağa və yuxusuzluğu aradan qaldırmağa faydalıdır.

Yağlı balıqlar: Somon və sardina kimi yağlı balıqlarda omeqa-3 yağ turşuları var ki, bu da iltihabı zəiflətməyə və ürək-damar xəstəlikləri riskini azaltmağa yardım edə bilər.

Çərəzlər: Badam, qoz-fındıq sağlam yağlar, zülallar və liflərin ısas mənbəyidir. Bu da iltahbı azaltmağa faydalı hesab edilir. 

Sevinc Hüseynova

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri