Təyyarə qəzasının qurbanları Tacikistanda anılıb AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan olunması ilə bağlı ölkəmizin Tacikistan Respublikasındakı səfirliyində dövlət bayrağı yarıya endirilib və 26-27 tarixləri üçün xatirə kitabı açılıb.
Bu barədə AZƏRTAC-a ölkəmizin Azərbaycanın Tacikistan Respublikasındakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Tacikistan Respublikasının rəsmi nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbər və əməkdaşları, universitet tələbələri, habelə diaspor nümayəndələri Azərbaycan Respublikasının səfirliyini ziyarət edərək təyyarə qəzasında insanların həlak olması ilə bağlı başsağlığı verib, gül dəstələri qoyub və açılmış xatirə kitabına ürək sözlərini yazıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 27 Dekabr 2024 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















