Icma.az
close
up
RU
Təyyarə vuruldu...

Təyyarə vuruldu...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yardıma getmişdi, xain atəşinə tuş gəldi

Rüstəm Məmmədov, Eyyub Yusifov, Məmməd Şabanov, Sərdar Rəhimov, Möhsüm Quliyev, Bəhram Babaxanov və digərləri. Bunlar  1988-ci il dekabrın 7-də Ermənistanda episentri Spitak şəhəri olmaqla baş verən 7 bal gücündə zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək məqsədilə Azərbaycandan göndərilən və Ermənistan səmasında xaincəsinə vurulan İL-76 təyyarəsinin göyərtəsində həlak olan soydaşlarımızın adlarıdır. Təyyarəmiz Ermənistan səmasında xain atəşə tarixin bu günündə - dekabrın 12-də tuş gəlib.

Azərbaycanın humanizm jesti

İndiyədək dünyanın ayrı-ayrı ölkələrində dağıdıcı zəlzələlər baş verib. Bu təbiət hadisələri zamanı çoxlu sayda insan həyatını itirib, bütöv şəhərlər, kəndlər yer üzündən silinib.1988-ci il dekabrın 7-də Ermənistanda baş verən zəlzələnin fəsadları da ağır idi.  Avtoşokları  sonrakı günlərdə də davam edən zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. Dəhşətli faciədir. Ancaq həmin faciə ilə bağlı ən dəhşətli və qandonduran məqam isə çətinliyə düşən insanlara köməyə gələn Azərbaycan təyyarəsinin Ermənistan səmasında xaincəsinə vurulması oldu...

Qeyd etdiyimiz kimi, zəlzələ hələlik insan oğlunun qarşısında aciz qaldığı faciədir. Faciə isə elə bir anlayışdır ki, bu zaman hamı milli-etnik-dini kimliyini unudur, hər kəsin qəlbində məhz insanlıq naminə bir həmrəylik hissi baş qaldırır. Spitak zəlzələsinin xəbəri gələndə də Azərbaycan cəmiyyətinə dərin narahatlıq hissi yaşandı, insanlar xalqımızın ənənələrinə, milli-mənəvi dəyərlərinə uyğun qaydada kömək göstərmək barədə düşündülər. Təbii ki, Azərbaycanın rəhbərliyi də zəlzələnin fəsadlarının aradan qaldırılmasında iştirakla bağlı qərar qəbul etdi. Bu, könüllü, cəmiyyətin sosial sifarişi nəzərə alınmaqla verilən bir qərar idi. Beləliklə, Azərbaycandan göndərilən İL-76 təyyarəsi göyərtəsində olan geniş heyətlə Ermənistana uçdu. Bu, Azərbaycan tərəfindən sərgilənən bir humanizm jesti idi.

Ermənistanın məkri

Erməni məkri barədə çox yazılıb, çox deyilib. Ermənistan cəmiyyətinə xüsusilə də azərbaycanlılara qarşı nifrət hissi hakimdir. Spitak zəlzələsinin qurbanlarına köməyə tələsən azərbaycanlılar səmada, təyyarə göyərtəsində məhz erməni məkrinə tuş gəldilər.  Belə ki, bu dəfə də Ermənistan öz xislətinə uyğun davrandı. Dekabrın 12-də Azərbaycandan könüllüləri Spitaka aparan İL-76 təyyarəsi Ermənistan səmasında xaincəsinə vuruldu. 69 sərnişin və 10 heyət üzvü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalmışdı. Vurulan təyyarənin göyərtəsində 50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, 1 erməni və 1 yəhudi olub. Onların hamısı qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə Gümrüyə göndərilmişdilər.

Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin “qara qutu”su məhv edilib. Bu terror aktı sıradan bir qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, “ermənilər arasında yaralı türkə yer yoxdur” deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. Sonradan 1994-cü ildə Prezident Heydər Əliyevin müvafiq ?ərəncamı ilə terror aktı zamanı həyatını itirən 78 nəfərə şəhid statusu verilib.

Burada istər-istəməz ermənilərin özləri barədə miflər uydurmaları yada düşür. Onlar dünyanın hansı nöqtəsində olsalar da, özlərini “mədəni xalq” kimi təqdim edirlər. Ancaq biz indiyədək ermənilərin “mədəni xalq” olduqlarını təsdiqləyəcək hansısa bir fakta rast gəlməmişik. Zəlzələnin fəsadları ilə üzləşən insanlara köməyə tələsən azərbaycanlı könüllülərin təyyarənin göyərtəsində məhz milli kimliklərinə görə terror aktı ilə məhv edilməsi ermənilərin necə “mədəni xalq” olduğunu otaya qoyur. Erməni toplumu ilə “mədəni xalq”, “sivil cəmiyyət” anlayışları arasında kəskin ziddiyyət var və məlum terror hadisəsi də bunu bir daha təsdiqlədi. Faciə ilə üzləşən ermənilər həmin çətin günlərdə də azərbaycanılara olan nifrətlərini unutmadılar və təyyarəmizi vurmağı özlərinə fürsət kimi dəyərləndirdilər.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2024 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri