Təyyarəmizin vurulması siyasi məsələ olduğu üçün istintaq tamamlanmır Tural Abbaslı
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
"Təyyarə hadisəsi təkcə texniki və ya hərbi məsələ deyil, eyni zamanda ciddi siyasi xarakter daşıyır. Azərbaycan təyyarəsinin vurulması artıq iki dövlət arasında üzr istənilməsi, təzminat ödənilməsi və ya günahkarların cəzalandırılması çərçivəsindən çıxaraq regional əhəmiyyət daşıyan siyasi məsələyə çevrilib".
Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
"Məhz buna görə istintaqın qısa müddətdə tamamlanmaması başadüşüləndir. Hesab edirəm ki, Qazaxıstan qəzanın yekun nəticələrinin açıqlanmasını mümkün qədər uzadacaq. Unutmaq olmaz ki, Rusiya hazırda Ukrayna ilə faktiki müharibə vəziyyətindədir və belə bir şəraitdə Azərbaycan təyyarəsini vuran hərbçilərin cəzalandırılması Rusiyada birmənalı qarşılanmaya bilər. Bu, eyni zamanda Vladimir Putinin formalaşdırmağa çalışdığı qətiyyətli və dönməz lider imicinə də zərbə vura bilər".
O bildirib ki, bu səbəbdən Rusiya əlində olan bütün imkanlarla prosesin uzadılmasına çalışır:
"Böyük ehtimalla Moskva bu mövqeyini Qazaxıstana da müxtəlif yollarla çatdırıb və Qazaxıstan tərəfi də Rusiyanın bu istəklərini nəzərə alacaq.
Əgər məsələ sırf texniki xarakter daşısaydı, 21-ci əsrdə, texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə istintaq çoxdan başa çatardı. Peyklər, “qara qutu”, sağ qalan şahidlər, ifadələr və təyyarə qalıqları üzərində aparılan ekspertizalar hadisənin səbəblərini tam aydın şəkildə ortaya qoymağa imkan verir.
Deməli, problem məlumat çatışmazlığı deyil. Sadəcə, məsələ siyasi xarakter daşıdığı üçün proses uzadılır və görünən odur ki, bu vəziyyət hələ bir müddət davam edəcək".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
"Məhz buna görə istintaqın qısa müddətdə tamamlanmaması başadüşüləndir. Hesab edirəm ki, Qazaxıstan qəzanın yekun nəticələrinin açıqlanmasını mümkün qədər uzadacaq. Unutmaq olmaz ki, Rusiya hazırda Ukrayna ilə faktiki müharibə vəziyyətindədir və belə bir şəraitdə Azərbaycan təyyarəsini vuran hərbçilərin cəzalandırılması Rusiyada birmənalı qarşılanmaya bilər. Bu, eyni zamanda Vladimir Putinin formalaşdırmağa çalışdığı qətiyyətli və dönməz lider imicinə də zərbə vura bilər".
O bildirib ki, bu səbəbdən Rusiya əlində olan bütün imkanlarla prosesin uzadılmasına çalışır:
"Böyük ehtimalla Moskva bu mövqeyini Qazaxıstana da müxtəlif yollarla çatdırıb və Qazaxıstan tərəfi də Rusiyanın bu istəklərini nəzərə alacaq.
Əgər məsələ sırf texniki xarakter daşısaydı, 21-ci əsrdə, texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə istintaq çoxdan başa çatardı. Peyklər, “qara qutu”, sağ qalan şahidlər, ifadələr və təyyarə qalıqları üzərində aparılan ekspertizalar hadisənin səbəblərini tam aydın şəkildə ortaya qoymağa imkan verir.
Deməli, problem məlumat çatışmazlığı deyil. Sadəcə, məsələ siyasi xarakter daşıdığı üçün proses uzadılır və görünən odur ki, bu vəziyyət hələ bir müddət davam edəcək".
Əfsanə Kamal
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Tural Abbaslı: Sülhə tələsməyin!
22 İyul 2025 10:50
Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik!
26 İyul 2025 18:04
Təyyarəmizin vurulması ilə bağlı yeni məlumat
27 Dekabr 2024 09:23
Təyyarəmizin Pantsir lə vurulması... Rusiyadan reaksiya
05 Fevral 2025 08:31
Rusiya Azərbaycan xalqından üzrxahlıq etməlidir Tural Abbaslı
27 Dekabr 2024 16:10
Baxış sayı:24
Bu xəbər 25 Dekabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















