Təzminat məsələsində fikir ayrılığı Azər Bağırovu çətin vəziyyətə salıb EKSKLÜZİV
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Kəpəz"in "sükanı arxasına" keçən Azər Bağırov yay "transfer pəncərəsi"ndə düşərgəyə qoşulan bəzi futbolçuların performansından narazı qaldığı üçün onlarla vidalaşmaq istəsə də, hələ ki, istədiyinə nail ola bilmir. Sport24.az-a məsələ ilə bağlı məlumat daxil olub.
Mənbəmizin sözlərinə görə, futbolçularla təzminat məsələsində ortaq məxrəcə gəlmək mümkün olmayıb. Baş məşqçinin "qara siyahısına" düşənlər təklif olunan şərtlərlə razılaşmırlar. Daha dəqiq desək, maliyyə məsələsində fikir ayrılığı yaşanır. Dörd legioner müqavilədə göstərilən pulu almadan düşərgəni tərk etməyəcəklərini söyləyiblər. Bu da klubun imkanları xaricindədir. Rəhbərlikdən Bağırova bildiriblər ki, kollektivdə görmək istəmədiyi futbolçularla təzminat məsələsində razılığa gəlmədən istədiyi yeni oyunçuları komandaya cəlb etmək qeyri-mümkündür.
Qeyd edək ki, 7 turdan sonra aktivində xal olmayan "Kəpəz" turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















