TFF Arda Turana nə təklif edib?
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
İtaliyalı mütəxəssis Vinçenzo Montella ilə əməkdaşlığa son qoyan Türkiyə Futbol Federasiyası (TFF) Arda Turan variantını gündəminə daxil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, TFF-nin ötən həftə baş tutan iclasında adı hallanan Arda Turan oktyabrın 10-da özəl təyyarə ilə İstanbula səfər edib.
Qeyd olunur ki, federasiya rəhbərliyi gənc mütəxəssisə rəsmi təklif göndərmək barədə qərar qəbul edib. Ailəsi ilə məsləhətləşən Arda Turan Türkiyə millisindən gələn bu təklifi dəyərləndirib.
Məlumata görə, mütəxəssis TFF ilə ilk təmas zamanı - "Klubum getməyimi istəməz, mən də müharibə getdiyi bir vaxtda onları yarıyolda qoymaram", - deyib.
Buna cavab olaraq TFF tərəfindən "həm klubu, həm də milli komandanı eyni anda çalışdırmaq" təklifi Arda Turana çatdırılıb. 39 yaşlı məşqçinin bu variantı nəzərdən keçirərək Ukrayna təmsilçisi ilə müzakirə aparacağı bildirilir.
Xəbərdə bildirilir ki, mediada digər yerli məşqçilərin adları hallansa da, Arda Turanla razılaşma əldə edilmədiyi təqdirdə, əcnəbi mütəxəssislərin namizədliyi masaya yatırılacaq.
Qeyd edək ki, Arda Turan hazırda Ukraynanın "Şaxtyor Donetsk" klubunu çalışdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 Oktyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















