Icma.az
close
up
RU
Gümüşün qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb

Gümüşün qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Qlobal maliyyə bazarlarında qiymətli metallar 2026-cı ilə nəzərəçarpacaq artımlarla başlayıb.

Gümüş 3,6 faiz bahalaşaraq tarixdə ilk dəfə bir troya unsiya üçün 90 dollar həddini keçib.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, gümüşün dəyəri ilin ilk iki həftəsində 25 faiz artıb. Metalın qlobal bazar dəyəri də tarixdə ilk dəfə 5 trilyon dolları ötüb.

Qızıl isə Asiya bazarlarında 0,7 faiz bahalaşaraq 4 min 620 dollar səviyyəsini keçib və rekord göstəricidən cəmi 15 dollar geri qalır. Mis, platin və palladium qiymətlərində də artım qeydə alınıb.

ABŞ-da açıqlanan və gözləntilərdən aşağı olan inflyasiya göstəriciləri 2026-cı ildə faiz dərəcələrinin daha da azaldılması ehtimalını gücləndirib, geosiyasi gərginliyin artması isə “təhlükəsiz liman” aktivlərinə tələbatı artırıb. ABŞ Prezidenti Donald Trampın Venesuelada hərbi əməliyyatların aparılması barədə göstəriş verməsi, Qrenlandiya ilə bağlı yenidən gündəmə gətirdiyi tələblər, eləcə də İranda baş verən şiddətli etirazların rejim dəyişikliyinə səbəb ola bilmə ehtimalı təhlükəsiz aktivlərə marağı artırıb.

Analitiklər tələbatı nəzərə alaraq növbəti üç ay üçün qızıl üzrə proqnozu 5000 dollar, gümüş üzrə proqnozu isə 100 dollar səviyyəsinə yüksəldiblər.

Gümüş ötən il təxminən 150 faizə yaxın bahalaşaraq artım tempinə görə qızılı geridə qoyub. ABŞ-ın gümüş idxalına rüsum tətbiq etmək ehtimalı var ki, bu da qiymətlərə və qlobal təklifə təsir göstərə bilər.

Xatırladaq ki, 2018-ci ildə polad və alüminiuma tətbiq edilən əlavə rüsumlar dünya miqyasında ticarət gərginliklərinə yol açmışdı.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri