Icma.az
close
up
RU
The Washington Postun məqsədi öz niyyətlərini reallıq kimi təqdim edib, ölkəmizə qarşı mənfi imic formalaşdırmaqdır DEPUTAT

The Washington Postun məqsədi öz niyyətlərini reallıq kimi təqdim edib, ölkəmizə qarşı mənfi imic formalaşdırmaqdır DEPUTAT

Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

""The Washington Post"un məqsədi öz niyyətlərini reallıq kimi təqdim edib, ölkəmizə qarşı mənfi imic formalaşdırmaqdır" - DEPUTAT

"İlk öncə onu qeyd etmək istərdim ki, ABŞ-la Azərbaycan arasında daim yaxşı münasibətlər olub. Bu gün də iki ölkə arasındakı əlaqələr kifayət qədər sabitdir, bir sıra sahələr üzrə əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji təhlükəsizliyi, transmilli nəqliyyat-kommunikasiya və dəhliz siyasəti, terrorizmlə mübarizə, beynəlxalq sülhyaratma proseslərində birgə iştirak və s. ikitərəfli tərəfdaşlıq əlaqələrimizin gündəliyində duran mühüm məsələlərdir. Biz beynəlxalq hüquq normaları əsasında, ABŞ da daxil olmaqla bütün transmilli dünya ilə, dost və tərəfdaş ölkələrlə qarşılıqlı etimad, faydalı və səmərəli əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri çərçivəsində geniş əməkdaşlıq edirik. Bir tərəfdaş kimi Azərbaycan daim öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir, beynəlxalq öhdəliklərini axıra qədər icra edir".

Bunu Sonxeber.az-a danışan deputat Şahin Seyidzadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycan həm də heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən bir dövlətdir. Bizim ölkə beynəlxalq münasibətlər sistemində öz yeri və rolu ilə seçilir:

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, milli maraqlarımızın təmin olunmasına, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Hesab edirəm ki, Azərbaycanın daxili və xarici siyasət məsələlərini qeyri-obyektiv və qərəzli şərh etmək, yolverilməz ritorikadan istifadə, müstəqil bir ölkənin hakimiyyəti daxilində təsnifat aparmaq, öz dünyagörüşünü, ölkəsinin maraqlarını digər bir müstəqil dövlətə qəbul etdirmək cəhdləri, əlbəttə ki, peşəkar diplomatiya nümunəsi sayıla bilməz.

O ki qaldı ABŞ səfirinin Azərbaycan hakimiyyətinə qarşı olan fikrinə, düşünürəm ki, bu da cənab səfirin subyektiv mülahizəsindən başqa bir şey deyil. İllərdir Ermənistanın Qarabağda başlatdığı separatçılıq hərəkatı ABŞ tərəfindən birmənalı olaraq  dəstəklənib. Müxtəlif vaxtlarda qondarma  rejimə  rəhbərlik edən separatçıların Amerikaya səfərləri təşkil edilərək yüksəkvəzifəli rəsmi şəxslər tərəfindən qəbul ediliblər. 2020-ci ildə Ermənistanın işğalçılıq niyyəti ilə başladığı müharibənin torpaqlarımızın işğaldan azad edilməsi, işğalçı dövlətin  rüsvayçı məğlubiyyəti ilə başa çatması,  illərdir problemin həllinə "vasitəçilik" edən ABŞ-ni daha da qəzəbləndirib. Azərbaycanın müstəqil siyasət yürütməsi, ölkəmizin  ərazi bütövlüyünün tam bərpa edilməsi istiqamətində  atdığı addımlar, Qarabağda ABŞ-nin geosiyasi maraqlarına zidd olan antiterror tədbirlərinin həyata keçirilməsi bu olkənin indiyə kimi "problemin həlli istiqamətində" apardığı siyasətin süqutu deməkdir. Separatçı rejimin özünü buraxdığını elan etdikdən sonra ABŞ Konqresində "Dağlıq Qarabağın gələcəyi", eləcə də noyabrın 15-də ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" qəbul etmələri onların indiyə kimi sərgilədiyi siyasətin əsl siması idi".

Deputat vurğulayıb ki, sirr deyil ki, ABŞ Konqresinə yaxınlığı ilə tanınan, Azərbaycana qarşı mütəmadi olaraq qərəzli mövqe sərgiləyən  "The Washington Post" qəzeti son vaxtlar ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb:

"Dövlətimizə qarşı ittiham dolu məqalələri ilə tanınan bu mətbuat orqanında  2023-cü ildə Azərbaycanda söz azadlığı, korrupsiya, Ermənistanla münasibətlərə dair 5 yazı dərc olunub. Həmin məqalələrdə   Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi yolunda atdığı addımlardan, antiterror tədbirlərin keçirilməsindən bəhs edilir. Bu bir faktdır ki, istər ABŞ rəsmiləri, istərsə də "The Washington Post" qəzeti Ermənistan-Azərbaycan konfliktinin baş verdiyi bu illər açıq mətnlə "Qarabağı Ermənistana verin" ifadəsini işlətməyiblər, əvəzində dolayı yolla hər cür riyakarlıq ediblər. Beləcə, özünü "ədalət mücəssəməsi" hesab edən qəzet maliyyə qarşılığı nəticəsində Amerikada fəaliyyət göstərən erməni lobbisinin və müəyyən siyasi dairələrin sifarişini həyata keçirən bir vasitəyə çevrilib. Nəzərə alsaq ki, ABŞ seçkilərə hazırlaşır, onda erməni lobbisindən maliyyə yardımı və dəstək almağa çalışan, Demokratlar Partiyasına yaxınlığı ilə seçilən "The Washington Post" qəzetinin də, Azərbaycana qərəzli hücumlar təşkil edən Ağ Ev rəsmilərinin də dərdlərini anlamaq olar.

Müntəzəm olaraq  Azərbaycanı hədəfə alan, ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışan qəzet dövlətimizi cidd-cəhdlə gözdən salmağa çalışır. İnsan hüquqlarını heçə sayan, demokratik dəyərlərə qiymət verməyən bir ölkə Qarabağı  "mübahisəli ərazi" kimi təqdim edir. "The Washington Post"un əsas məqsədi öz bədnam niyyətlərini, sərsəm düşüncələrini oxucularına reallıq kimi təqdim edərək ölkəmizə qarşı mənfi imic formalaşdırmaqdır.

Bilməlidirlər ki, Azərbaycanda hakimiyyət xalqın iradəsi əsasında formalaşıb, kimin ona necə yanaşmasından asılı olmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkənin dinamik inkişafı, milli maraqlarının qorunması, əhalinin sosial rifahının yüksəldilməsi və s. istiqamətdə prinsipial, düşünülmüş siyasət yürüdülür. Azərbaycanın daxili və xarici siyasəti hansısa dairələrin istək və arzularına uyğunlaşdırılmış formada deyil, milli maraqlar nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan öz coğrafi və geosiyasi mövqeyinə, xalqın milli maraqlarına və xüsusiyyətlərinə əsaslanaraq, dünyanın müasir reallıqlarına cavab verən siyasəti, məxsusi inkişaf yolu ilə seçilən bir dövlətdir. Bu ölkənin prinsipial, ardıcıl və məqsədyönlü siyasəti bundan sonra da davam etdiriləcəkdir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 26 Dekabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see176

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see172

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri