Icma.az
close
up
RU
Статья не опубликована
Tibb mütəxəssislərinin sertifikasiyası sahəsində yeni mərhələ: Deputat yazır

Tibb mütəxəssislərinin sertifikasiyası sahəsində yeni mərhələ: Deputat yazır

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Bugün Milli Məclisin Səhiyyə Komitəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinə baxılıb.

Hazırkı qanun layihəsi tibb mütəxəssislərinin sertifikasiyası ilə bağlı bir çox müsbət dəyişiklikləri özündə ehtiva edir. Layihədə əks olunması təklif olunan bəzi məsələlər əvvəllər yalnız Səhiyyə Nazirliyinin qəbul etdiyi normativ sənədlərdə (yəni nazirliyin verdiyi qərarlarla) tənzimlənirdi. Yəni daha aşağı hüquqi qüvvəyə malik idi. Söhbət səhiyyə sahəsində sertifikasiya, verilən kredit ballarından (məsələn, tibbi təhsil və ya davamlı inkişaf üçün toplanan ballar) və onların nə cür yoxlanıldığı və hesablandığından, sınaq imtahanı və s-dən gedir. Bu kimi qaydalar qanunla tənzimlənmirdi. Qanunla tənzimlənmə sui-istifadə hallarından yayınmağa imkan verir və daha aydındır.

Qanun layihəsində beynəlxalq təcrübəyə istinad olunmuşdur. Belə ki, Dünya Tibb Təhsili Federasiyası tərəfindən standartları hazırlanaraq tövsiyə edilən davamlı peşəkar inkişafın (DPİ) tətbiqi təklif olunur.

Qanun layihəsində təklif edilən dəyişiklik və əlavələr içərisində diqqət çəkən bir neçə müsbət məqam var: İxtisas dəyişmə ilə bağlı müddəaların artıq qanundan çıxarılması, sertifikasiyadan keçməyin 2 seçim yolunun təklif edilməsi

Son dövrlərdə həkimlərin ixtisas dəyişdirərək daha çox plastik cərrahiyyə ixtisaslarına yönəlməsinin və bunun ağır fəsadlarının şahidi oluruq. Bu səbəbdən bu hallara sertifikasiya ilə yol verilməməsi məqsədəuyğundur. Şəxs ixtisas dəyişmək istəyirsə, həmin ixtisas üzrə rezidentura keçdikdən sonra bu sahə ilə məşğul ola bilər.

Sertifikasiyanın həyata keçirilməsi üçün təklif olunan yeni üsulla praktiki tibb fəaliyyəti ilə məşğul olan və olmaq istəyən şəxslər davamlı peşəkar inkişaf (DPİ) üsulu ilə elmi, pedoqoji, tədris fəaliyyətləri həyata keçirməlidir. Onlara bu fəaliyyətlərə görə kredit balları veriləcək. Yəni tibb işçisi praktiki tibb fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətlə də məşğuldursa, Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş tədbirlərdə, konqreslərdə iştirak edir, məqalələri elmi jurnallarda dərc olunursa, bu, ona kredit balı qazandıracaq. Həmçinin, ali və ya peşə-ixtisas təhsil müəssisəsində və ya digər mərkəzlərdə pedoqoji və tədris fəaliyyəti ilə məşğuldursa, bunun üçün kredit balı veriləcəkdir.

Beləliklə də, tibb mütəxəssisləri yalnız ixtisasartırma kurslarında iştirakla məhdudlaşdırmayaraq onlara peşəkar inkişaf üçün daha geniş imkanlar yaradılır və onlar daim öz üzərində işləməyə motivasiya edilir. Həmçinin, tibb mütəxəssislərinin beynəlxalq peşəkar mühitə inteqrasiyasına şərait yaradır.

Sertifikasiya üçün təklif olunan ənənəvi üsul isə sertifikasiya imtahanından keçməkdir. Hazırki qanun layihəsi isə sertifikasiya şəhadətnaməsi əldə etmək üçün daha çevik və effektiv yanaşma təklif edir. DPİ üzrə fəaliyyətləri olmayan, elmi, pedoqoji, tədris fəaliyyətləri olmayan və ya bu fəaliyyətlərdən minimum kredit balı toplayan şəxslər də imtahandan keçərək şəhadətnamə ala bilər. Onu da qeyd edim ki, dəyişikliklər orta tibb işçilərinə də şamil edilir.

Qanunda daha bir yenilik isə sertifikasiyadan keçə bilməyən tibb mütəxəssislərinin iş yerinin və vəzifə maaşının qrafik üzrə 6 ay müddətində saxlanılmasıdır ki, bu da tibb mütəxəssislərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə daxildir.

Pərvanə Vəliyeva

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 25 Aprel 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see217

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see205

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see181

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see174

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see164

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see158

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see146

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri