Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Tikdim ki, izim qala...

Tikdim ki, izim qala...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan memarlığında zamanın nəbzi döyünür

Respublikamızda tikinti işlərinin geniş vüsət alması isə XIX əsrin sonlarına–XX əsrin əvvəllərinə təsadüf edir və həmin dövrdən indiyədək qorunub saxlanılan yaşayış, ictimai binalar özündə Şərq və Qərb memarlığının nadir nümunələrini əks etdirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar ayında əsas kapitala 1405,9 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bunun da 96,3 milyon manatı yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 1004,0 milyon manatını daxili investisiyalar təşkil etmiş, bunun 577,2 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Şəhərimizin arteriya damarı hesab olunan, böyük strateji əhəmiyyət daşıyan Bakı Metropoliteninin tikintisi, inkişaf perspektivi də Heydər Əliyevin gördüyü nəhəng işlər cərgəsindədir. Bakı Metropoliteninin bugünkü səviyyəyə çatmasında ulu öndərin müstəsna xidmətləri olmuş və rəhbərliyi dövründə 14 stansiya tikilib istifadəyə verilmişdir. Tikintisi aparılan bütün stansiyaların məhz milli memarlıq üslubunda layihələndirilməsinə və inşa olunmasına ümummilli lider şəxsən rəhbərlik etmişdir.

Son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən köklü iqtisadi islahatlar tikinti, abadlıq sahəsində də özünü bariz şəkildə göstərmişdir. Paytaxt Bakı, bölgələrimiz görkəmini büsbütün dəyişmiş, müxtəlif təyinatlı tikinti obyektlərinin miqyası və əhatə dairəsi genişlənmiş, yeni - yeni yaşayış binaları, göydələnlər, parklar salınmışdır.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara ardıcıl və mütəmadi səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Bu səfərlər ondan xəbər verir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və insanların yaşayışının təmin edilməsi təşkil edir. Bu ərazilərimizdə genişmiqyaslı tikinti-quruculuq işlərinin sürətlə aparılması tikinti sektorunda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Cənnət-məkan torpaqlarımızda tikililər dünya memarlıq-tikinti mədəniyyətinin tələblərinə uyğun olaraq yerinə yetirilir.

* * *

Həmsöhbətim, 45 il inşaat sahəsində çalışmış, hazırda təqaüddə olan Əli Məmmədov bildirir ki, paytaxt Bakı hər zaman tarixi və diqqətçəkən tikililəri ilə göz oxşayıb: “Müstəqillik qazanandan sonra da Bakının ən görkəmli yerlərində gözəl memarlıq kompleksləri yaradılıb, şəhərin simasını müəyyən edən müasir binalar, göydələnlər tikilib. İllər ötdükcə, bu siyahıya zamanla yeni-yeni möhtəşəm və bənzərsiz abidələr də əlavə olunub. Xüsusilə, Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Mərkəzi dünya memarlığının incilərindən sayılır və müasir Bakının rəmzlərindən biri hesab olunur. Mərkəz müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malikdir. Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Dənizkənarı Bulvarda yerləşən, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi də paytaxtımızın gözəlliyini daha da artırır. Siyahıya müasir memarlıq üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən Heydər Əliyev Fondunun, Dövlət Neft Şirkətinin (SOCAR), Neft Fondunun, İqtisadiyyat Nazirliyinin inzibati binalarını əlavə emək olar–həmsöhbətim söyləyir”.

Xalqımızın yüzlərlə zəhmətkeş insanı olub ki, onlar Azərbaycanda əvəzsiz xarüqələr yaradıblar. Küləklər şəhəri Bakının əfsanəvi meri olmuş Əliş Ləmbəranski paytaxtın gözəlliyini artıran insan olub. Əliş müəllim qurub-yaratmaq eşqi hüdudsuz, eyni zamanda, universal olub. Eləcə də vaxtilə Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmış Rauf Gülməmmədovun da bu baxımdan əməyi dəyərləndirilməlidir.

Əli müəllimlə birlikdə “Ağ şəhər”i gəzirik. Təcrübəli bir tikinti mütəxəssisi köhnə binalarla indiki tikililəri müqayisə edir, ötən illər ərzində paytaxtın necə dəyişdiyini dəyərləndirir, xüsusilə layihələrin möhtəşəmliyindən söz açır. Bildirir ki, Azərbaycan inşaatçıları bu gün də fədakar və zəhmətkeşdirlər, davamlı olaraq ölkəmiz üçün tikinti-quruculuq işləri həyata keçirir, qurub-yaradırlar. Məhz gözəlləşən paytaxtımız, görkəmini dəyişən şəhər və kəndlərimiz bu peşə sahiblərinin hünər sərgiləridir.

“Ağ şəhər”dəki tikililərə diqqətlə nəzər yetirən Ə.Məmmədov fəxrlə qeyd edir ki, binalar bir-birindən gözəl memarlıq üslubunda layihələndirilərək belə şəhər salınıb: “Çoxu da hündür olmayan binalardır. Hava bir az qaralan kimi, buradakı mənzərə şəhərə xüsusi gözəllik verir. Elə almaq üçün boş mənzil tapmaq da müşkül məsələdir. Gəzdikcə, sanki, özünü hansısa bir xarici ölkədə təsəvvür edirsən. Qayda-qanunla, sıralama ilə tikilən bütün binalar olduqca fərqlidir. Burada qurulan infrastruktur da təqdirəlayiqdir. “Bakı Ağ Şəhər” layihəsi şəhərin müasir memarlığına öz töhfələrini verə biləcək bir nümunədir. Müasir, gözəlliyinə görə seçilən binalar Bakının çoxəsrlik tarixi olan mövcud memarlığına harmonik şəkildə qarışır və paytaxtı daha da gözəlləşdirir”.

Belə bir ifadə var: “Tikdim ki, izim qala”. Bu, məhz insanın gördüyü işlərlə yadda qalmaq arzusunu ifadə edir. İnşaatçıların gördüyü işlər bu baxımdan çox dəyərlidir. Onların tikdikləri binalar, yollar və körpülər yalnız daşdan və betondan ibarət deyil, həm də zəhmətin, əzmin və bacarığın nəticəsidir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır.

Sözsüz ki, ötən hər gün özünün yenilikləri ilə diqqəti cəlb edir. Eyni zamanda müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi yeni layihələrdə yaşadılır. Təkcə paytaxt Bakıda deyil, eləcə də regionlarda bir-birindən gözəl tikililər istifadəyə verilir.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2026 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri