Icma.az
close
up
RU
“Tiktok” dələduzları yenə İŞ BAŞINDA Qanunsuz yolla ünvanlı sosial yardım “düzəldən”lər KİMDİR? FOTO

“Tiktok” dələduzları yenə İŞ BAŞINDA Qanunsuz yolla ünvanlı sosial yardım “düzəldən”lər KİMDİR? FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə ünvanlı sosial yardım düzəltdiyini iddia edən bir çox səhifələr var. Təəssüflər olsun ki, bu şəxslər illərdir fəaliyyət göstərirlər. Sadəcə indi sosial medianın geniş yayılması nəticəsində üzə çıxırlar. Bu şəxslər saatlarla “Tiktok” platformasında canlı yayım açaraq insanları cəlb edirlər. Üstəlik şirnikləndirici yolla və əminliklə vətəndaşlara ünvanlı sosial yardım almalarına köməklik edəcəklərini vurğulayırlar. İnsanlar isə belə dələduzların aidiyyəti qurumun öz işçiləri sanıb, razılıq verirlər.
Dələduzlara aldanmayın
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili Bizim.Media-nın sorğusuna cavab olaraq bunun dələduzluq olduğunu bildirib.
“Paytaxt küçələrində, müxtəlif sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair rast gəlinən elanlar paylaşılır. Onları yazıb paylaşan şəxslərin aztəminatlı ailələri aldatmaqla müəyyən məbləğlərdə vəsaitini mənimsəmək, dələduzluq yolu ilə qazanc əldə etmək məqsədinə yönəlib”.
Ünvanlı sosial yardım barədə məlumat
Qurum rəsmisinin sözlərinə görə ünvanlı dövlət sosial yardımı ilə bağlı qeydiyyatdan keçmək, müraciət etmək üçün hər hansı bir ödəniş tələb olunmur:
“İstənilən şəxs ünvanlı dövlət sosial yardımı, bu yardımın kimlərə şamil olunduğu, müraciət etmək qaydası barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az və Dövlət Sosial Müdafiə Fondunun dsmf.gov.az saytlarından “Ünvanlı dövlət sosial yardımı” bölməsindən öyrənə bilər. Eyni zamanda həmin bölmədəki müvafiq altbölmə üzərindən ünvanlı sosial yardımla bağlı müraciət edə bilər. Ona görə də vətəndaşlara paytaxt küçələrində, sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində guya köməklik ediləcəyi kimi aldadıcı elanlarla rastlaşdıqları halda diqqətli olmağı və aldanmamağı tövsiyə edirik”, - deyə nazirlikdən bildirilib.

Nuray, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Dekabr 2024 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri