Icma.az
close
up
RU
Timoteuş Puxaç: “Karyeramı bitirdikdən sonra da Bakıya qayıdacağam” MÜSAHİBƏ

Timoteuş Puxaç: “Karyeramı bitirdikdən sonra da Bakıya qayıdacağam” MÜSAHİBƏ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Mənim vəziyyətim fərqlidir”.

Bunu “Sabah” komandasının və Polşa millisinin futbolçusu Timoteuş Puxaç sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Son oyunda “Sabah” səfərdə “Qəbələ” üzərində 4:0 hesablı qələbə qazandı. Qarşılaşmanı necə dəyərləndirirsiniz?

– Bu, əvvəlki oyunlarımızdan bir qədər fərqli idi. Çünki start heyətində demək olar ki, bütün futbolçuları dəyişmişdik. İlk hissədə müəyyən çətinliklər yaşasaq da, oyunçular yaxşı münasibət və performans nümayiş etdirdilər. Nəticədə 4:0 hesabı ilə qalib gəldik. Bütün heyəti dəyişəndə uyğunlaşmaq asan olmur. Söhbət ikinci heyətin zəif olmasından getmir. Sadəcə, futbolçular bir-biri ilə çox oynamayıblar. Üç-dörd dəyişikliklə 11 oyunçunun hamısını əvəzləmək arasında böyük fərq var. Buna görə də komandaya uyğunlaşmaq üçün vaxt lazım idi. Sevinirik ki, üç xal qazandıq və növbəti oyuna daha yüksək səviyyədə hazırlaşmaq imkanı əldə etdik.

– Qarşıda “Borussiya Dortmund”la Çempionlar Liqasının əsas mərhələsinin üçüncü tur oyunu var. Özünüz də əvvəllər Almaniya klublarında çıxış etmisiniz. Bu baxımdan, Bundesliqa komandası ilə görüş barədə nə düşünürsünüz?

– Bəli, “Borussiya Dortmund”la qarşılaşma bizi gözləyir. Mənim düşüncə tərzim belədir: özümə güvənirəm və həmişə qələbə üçün meydana çıxıram. Rəqibin “Mançester Yunayted”, “Borussiya Dortmund” və ya “Barselona” olmasının fərqi yoxdur. Mən hər oyunda qalib gəlmək istəyirəm. Kimin nə düşünməsindən asılı olmayaraq, “Borussiya Dortmund” üzərində də qələbə qazanmağa çalışacağıq və bunun üçün əlimdən gələni edəcəyəm.

– Polşa millisində fərqli taktiki sxemlərdən istifadə olunur. Millidə 5-3-2 və 4-4-2 kimi sistemlər sınaqdan keçirildiyi halda, “Sabah”da 4-4-2 sxemi ilə oynayırsınız. Yığmada heyətə müntəzəm düşməməyinizin bununla əlaqədar olduğuna dair fikirlərlə razısınız?

– Bosniya və Herseqovina ilə UEFA Millətlər Liqasının oyununa dördlü müdafiə sistemi ilə başladıq, daha sonra yenidən beşli müdafiəyə keçdik. Belə dəyişikliklər futbolçular üçün asan deyil. Əlbəttə, biz peşəkarıq və İsveçlə oyunda daha yaxşı çıxış etməli idik.

Ancaq oyun sistemini dəyişmək həmişə müəyyən çətinlik yaradır. Çünki hər taktikanın öz müdafiə prinsipləri, hərəkət istiqamətləri və meydanda yerinə yetirilməli olan tapşırıqları var. Bəzi hərəkətləri futbolçu avtomatik edir, boşluqları bağlayır və mövqeyini düzgün seçir. Sistem dəyişəndə isə bunlara yenidən uyğunlaşmaq lazım gəlir.

Sonda yenidən dördlü müdafiəyə qayıtdıq. Millidə daha çox oyun vaxtı ala bilməsəm də, bunun gələcəkdə dəyişəcəyinə ümid edirəm. Çempionlar Liqasında və Azərbaycan çempionatında özümü göstərmək üçün əlimdən gələni edəcəyəm. Bundan sonra nələrin baş verəcəyini zaman göstərəcək.

– Polşalı qapıçı Mateuş Koxalski “Qarabağ”dan ayrılma səbəblərindən biri kimi Bakıda yaşamaqla bağlı çətinlikləri də vurğulayıb. Sizin isə ailənizlə burada yaşadığınız məlumdur. Bakıda həyatınız necə keçir?

– Mənim vəziyyətim fərqlidir. Koxalın bəzi çətinliklərlə üzləşdiyini bilirəm. O, itini Bakıya gətirə bilmirdi, sevgilisi də burada istədiyi qədər qala bilmirdi.

Mənim həyat yoldaşım isə Bakıdadır və o, bu şəhəri çox sevir. İtim də Bakını sevir, çünki evimizin yaxınlığında park var. Ailəm tez-tez yanıma gəlirdi və onlar da burada yaşamaqdan zövq alırdılar.

Açığı, Bakı artıq mənim evimə çevrilib. Millinin düşərgəsindən qayıdanda Bakıya gələcəyim üçün sevinirəm. Burada yaşamaq mənim üçün çox xoşdur.

Hətta futbolçu karyeramı başa vurduqdan sonra da Bakıya qayıdacağam. Bunu səmimi deyirəm: həyatımın ən gözəl dövrlərindən biri burada keçir. Bakı və Azərbaycan insanları mənim üçün çox dəyərlidir. Azərbaycanı və burada yaşayan insanları həqiqətən sevirəm.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Oktyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri