Icma.az
close
up
RU
Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb SABİQ MTN ZABİTİ

Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb SABİQ MTN ZABİTİ

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı onun ailə üzvləri də şahid qismində dindirilib.

Gununsesi.info–nun əldə etdiyi məlumatda Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsi bəlli olub.

Belə ki, o, istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib,  onun yaddaş pozğunluğu var.

“Atam  bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”- deyə oğul Mehdiyev bildirib.

Bu məqamda isə ortaya suallar çıxır. 

Bu cür bir iddia həqiqəti əks etdirirmi?

Daha dəqiq, istintaqa da təsir edə biləcək bu ifadənin tibbi əsası varmı? 

Timur Mehdiyevin bu ifadəsini Gununsesi.info-ya şərh edən keçmiş MTN zabiti deyir ki, əslində, bununla oğul Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb:

“Çox güclü vəkil gedişini oğlu Timur həyata keçirdib. Bu versiya cinayət işinə ciddi təsir edə bilər. Atasının yaddaş problemi var, hərəkətlərinə görə məsuliyyət daşımır? Maraqlıdır, bu iddia istintaq qarşısında məsuliyyətdən yayınmaq cəhdidir, yoxsa həqiqətən tibbi faktlarla təsdiqlənir? Dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi ağır ittihamlar fonunda cəmiyyətin cavab gözlədiyi suallar çoxdur. Hüquqi qiymətləndirməni isə məhkəmə verməlidir”.

Xatırladaq ki, Ramiz Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 278.1-ci — dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü  — dövlətə xəyanət və 193-1.3.2-ci  — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulma maddələri ilə ittiham olunub.

Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Oktyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri