Icma.az
close
up
RU
“Tofiq Bəhramov 100: Ədalətli Oyun İrsi” layihəsi uğurla həyata keçirilir

“Tofiq Bəhramov 100: Ədalətli Oyun İrsi” layihəsi uğurla həyata keçirilir

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun 100 illiyi ilə əlaqədar olaraq, 2025-ci il Azərbaycan idmanı, xüsusilə futbol və futbol hakimliyi üçün əlamətdar olub. Bu tarixi hadisə münasibətilə "Azərbaycan Futbol Hakimləri" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi" layihəsi həyata keçirilir. 

Cari ilin avqust və sentyabr aylarında "Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi" layihəsinin tədbirləri baş tutub. Belə ki, İctimai birlik tərəfindən Tofiq Bəhramov və Azərbaycan futbol hakimliyinə həsr edilən kitabça çap edilib. Həmçinin, fərqli regionlarda (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Lerik, Quba, Şəki) seminar və görüşlər keçirilib. 

Seminarlarda ictimai birliyin sədri, ekspert Gülağa Cabarov və layihə rəhbəri Rauf Cabarov tərəfindən maraqlı məruzələr təqdim edilib. Məruzələrdə Tofiq Bəhramov və müasir futbol hakimliyi, idmanda liderlik, futbol oyun qaydalarının maraqlı məqamları müzakirə edilib. "Tofiq Bəhramov - 100" kitabçasının təqdimatı olub. 

Oyun qaydaları üzrə viktorina keçirilməklə qalib şəxslərə mükafatlar təqdim olunub. 

Qeyd olunan layihənin əsas məqsədi Azərbaycan futbolunun tarixi şəxsiyyəti Tofiq Bəhramovun xatirəsini yad etməklə yanaşı futbol hakimliyi peşəsini cəmiyyətdə təbliğ etmək olmuşdur. 

Qeyd olunmalıdır ki, "Azərbaycan Futbol Hakimləri" İctimai Birliyi tərəfindən il ərzində "Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi" layihəsi ilə yanaşı bir sıra silsilə tədbirlər də həyata keçirilib. Dahi hakimin xatirəsinə "Fair Play Matçı" və "Tofiq Bəhramov – 100" adlı minifutbol turniri təşkil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sport24.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri