Icma.az
close
up
RU
“Tomris Kirin başını qəbul edir” “Bir rəsmin dedikləri”

“Tomris Kirin başını qəbul edir” “Bir rəsmin dedikləri”

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı sənətşünas Şabikə Şahbazovadır. Onunla məşhur rəssam Peter Paul Rubensin “Tomris Kirin başını qəbul edir” əsərindən danışacağıq.

Peter Paul Rubens 1577-ci il may ayının 28-də Almaniyanın Ziqen şəhərində anadan olub. Rubens çox rəngarəng və maraqlı uşaqlıq illəri keçirib. 1600-cü ildən etibarən Venesiya, Roma, Florensiya kimi incəsənət mərkəzlərinə səfər edib, burada bir çox nüfuzlu rəssamların yanında işləyib, onlardan bu sənətin incəliklərini öyrənib. Rubens həyatı boyunca həm rəssam, həm də diplomat olaraq fəaliyyət göstərib. Bir müddət sonra anasının xəstəliyə tutulduğunu öyrənən rəssam Antverpenə qayıdıb.  Rəssam ilk emalatxanasını da məhz burada açıb.

Rubens yaradıcılığında tez-tez dini və mifoloji mövzulara toxunurdu. Bundan əlavə, əsərlərində işıq- kölgə oyunu, dinamika, güclü emosiyalar, parlaq rənglər üstünlük təşkil edir. Yaradıcılığının ən əsas səhifələrindən birini isə portret və tarixi janrda işlədiyi əsərləri təşkil edir.

- Bu rəsm Rubens yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Peter Paul Rubens “Tomris Kirin başını qəbul edir” (digər adı “Tomris əfsanəsi”) əsərini 1622-1623-cü illərdə yaradıcılığının ən yetkin dönəmində yaradıb. Ümumiyyətlə, bu dövrdə ədalət, hakimiyyət və cəmiyyətdə qadının rolu mövzuları daha çox müzakirə olunurdu. Rubens də bu əsəri həmin dövrdə yaradaraq mənəvi və siyasi mesajlar çatdırmağa çalışıb. Bəzi tədqiqatçıların və sənətşünasların fikirlərinə əsasən bildirilir ki, bu əsəri rəssama o dövrün tanınmış zadəgan ailələrindən biri sifariş edib. Daha keçmişə nəzər salsaq, əsərin yaradılmasının əsas mənbəyi Herodotun “Tarix” kitabından başlayır. Herodot yazırdı: “Keçmişdə əraziləri ələ keçirmək üçün hökmdarlar arasında çox böyük toqquşmalar baş verirdi. Bunlardan biri də Tomris və II Kir arasındakı mübarizə olub. E.ə 530-cu ildə Fars şahı II Kir kraliça Tomrisin ölkəsinə hücum edir. Bu döyüşdə II Kir hiylə işlədərək Tomrisin oğlu Sparqapisesi öldürür. Beləcə Tomirisin qoşunu məğlub olur. Həmin an Tomris oğlunun cansız bədəninin yanında II Kiri öz qanında boğacağına and içir. Daha sonra Tomris öz ordusuyla Kiri axtarıb tapır və Araz çayı sahilində Kirin başını kəsir, kəsilmiş başı qanla dolu qaba atır. Beləcə qəhrəman Tomris həm öz andını yerinə yetirir, həm də oğlu Sparqapisesin intiqamını alır”.

- Əsərin rəng həlli necədir?

- Əsərdə isti tonlaran daha çox istifadə olunub. Əsasən qızılı, mavi və gümüşü tonlara üstünlük verilib. Bunun əsas məqsədi həm dövrün xarakterik xüsusiyyətlərini göstərmək, həm də mövzuyla əsəri uyğunlaşdırmaq olmuşdu. Bu rənglər kraliça Tomrisin zərifliyini, ilahi ədaləti və hakimiyyəti simvolizə edirdi. Əsasən də Tomrisin burada ağ geyimdə göstərilməsi onun bu hərəkətinin acımasızlıq olmasına baxmayaraq, ədalətli bir davranış olduğunu simvolizə edir. Bundan əlavə, bildiyimiz kimi, qırmızı və qızılı rəng tonları müharibədə qisasın, ədalətin göstəricisidir. Məhz bu əsərdə də qırmızı və qızılı tonlara üstünlük verilib. Əsərin rəng həllində işıq-kölgə oyunu böyük rol oynayır. Burada işıq daha çox əsas fiqur olan Tomrisin üzərindədir. Bu, onun mənəvi və siyasi gücünü vurğulayır. Fon ön hissəyə nisbətən daha tünd saxlanılıb. Bunun səbəbi ön, yəni mərkəzi hissənin daha aydın və canlı göstərilməsi idi. Əsərdə rənglərin ahəngi və parıltısı dərin emosionallıq və teatrallıq  hissi yaradır.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Bu əsər üç hissəyə bölünür: sol tərəf, mərkəz və sağ tərəf. Sol tərəf qadınlar hissəsidir. Burada qadınlar təsvir edilib. Qadınların təsviri  mərhəmət, təmizlik və saflığın göstəricisidir. Onlar borokko dövrünün xüsusiyyətini daşıyan dəbdəbəli geyimlər və saç düzümləri ilə təsvir olunublar. Ən əsas hissə mərkəzi hissədir. Burada Kraliça Tomris və II Kirin kəsilmiş başını gətirib diz çökən əsgər təsvir olunub. Bu, yalnız mərkəzi deyil, həmçinin emosional hissədir. Digər adı ilə buranı kulminasiya mərkəzi olaraq da adlandıra bilərik. Yəni əsər bu hissədə öz həllini tapır. Mərkəzdə Tomris ağ və qızılı tonlarla bəzədilmiş geyimdə təsvir edilib. Onun qarşısında isə qanla dolu qab, II Kirin kəsilmiş başı və başı gətirən əsgər təsvir olunub. İşıq-kölgə oyunu burada daha aydın şəkildə görünür. Bu mərkəzi hissə həm sağ, həm də sol hissədən daha aydın və parlaq halda təsvir edilib. Digər hissə isə əsgərlərin, döyüşçülərin və şahidlərin təsvir olunduğu sağ tərəfdir. Bu tərəfdə çox saylı müxtəlif obrazlar və it təsvir edilib. “İt” ümumi olaraq sadiqlik rəmzidir. Məhz bu tabloda itin təsvir olunmasının səbəbi, sağ tərəfdəki obrazların Kraliça Tomrisə sadiq olmasını göstərir. Həmçinin bu simvolun digər mənası isə Tomrisin oğluna sadiq qalıb II Kirdən intiqamını almasıdır. Sağ tərəfdəki obrazların içərisində bir obraz xüsusilə diqqət çəkir. O, diz çökmüş əsgərin arxa hissəsində dayanan kök kişidir. Bu kişi obrazı türk ənənələrinə uyğun formada təsvir edilib. Əsasən də baş və üst geyimi tam olaraq türk üslubunda göstərilib. Rubens bu obrazı yaratmaqla Tomrisin bir türk əsilli qadın olduğunu göstərməyə çalışıb. Dramatizm, təmtaraq, hərərət və emosional güc açıq-aydın şəkildə görünür. Paltarların teksturası, ipək və qızıl sapların işıq altında parlaması Rubensin fırçasının ustalığından xəbər verir.

- Tablo hazırda harada saxlanılır?

- Bu əsər Fransanın Renn şəhərindəki İncəsənət Muzeyində qorunur.

- “Tomris Kirin başını qəbul edir” əsərinin rəssamın digər işləri ilə hansı ortaq və fərqli xüsusiyyətləri var?

- Rubensin əsəri bəzi xüsusiyyətlərinə görə digər işləri ilə bənzərlik təşkil edir. Borokko dövrü rəssamı olduğuna görə dinamika, hərəkət, təmtəraqlılıq, emosional güc, işıq-kölgə oyunu, rənglərin harmoniyası baxımından oxşarlıqdan söhbət gedir. Digər bir sıra əsərlərində də insan bədənləri plastik və detallı, obrazlar daim hərəkətdə təsvir edilib. Fiqurların olduqca real və axıcı olması da Rubens yaradıcılığına xasdır. Bu əsəri digərlərindən fərqləndirən əsas cəhət isə onun mövzusudur. Rubens yaradıcılığı boyunca əsasən dini və mifologi obrazlara və süjetlərə müraciət edirdi. Lakin bu əsərində tamamilə real və həyatdan götürülmüş sujeti canlandırıb.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Qadın bəşəriyyətin ən incə varlığıdır. Lakin nə qədər incə varlıq olsa da, bir o qədər güclü və cəsarətlidir. Buna səbəb isə qadınların daim müşahidəçi olmasıdır. Əksərən qadınlar edilən yaxşılığa çox gözəl qarşılığın verirlər. Amma kim incitsə, bunun qisasını da almağı bacarırlar. Rubens də burada qadının daima qisasını ala biləcək gücə malik olduğunu vurğulayır.

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri