Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var Deputatın ziddiyyətli SÖZLƏRİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayev oğluna Dubayda toy edib.
Redaktor.az “Yeni Sabah”a istinadla xəbər verir ki, mərasim Dubayın məşhur “Ritz-Carlton” otelində baş tutub. Hasil Nurullayev tikinti sahəsində tanınmış maqnatdır.
Toy məclisi böyük dəbdəbəsi ilə gündəmə gəlib.
Məsələnin maraqlı olan tərəfi odur ki, cəmi 15 gün əvvəl Razi Nurullayev Milli Məclisin tribunasından dəbdəbəli toy mərasimlərini, bu məclislərdə israfçılığı sərt şəkildə tənqid edib.
Sitat: “Etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var. Bu, nə dini baxımdan, nə milli ənənə baxımından, nə də iqtisadi məntiqlə izah oluna bilər. Bizim toylarımız sevinc məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilib. İsrafçılıqla mübarizə təkcə maliyyə məsələsi deyil, həm də sosial məsuliyyətdir.
İsrafçılıq azaldılmalı, musiqinin səsi normaya salınmalı, şadlıq evləri beynəlxalq standartlara uyğunlaşmalıdır”.
R. Nurullayev bu çıxışından sonra İctimai TV-nin efirində də eyni fikirləri səsləndirib, dəbdəbəli toyları tənqid edib, hətta belə məclislərə ictimai qınaq olması haqda çağırış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 07 Yanvar 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















