Icma.az
close
up
RU
Tovuz rayonunda Aqrar Biznes Festivalı keçirilib Yeni Gündəm

Tovuz rayonunda Aqrar Biznes Festivalı keçirilib Yeni Gündəm

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ilin növbəti Aqrar Biznes Festivalı Tovuz rayonunda keçirilib. Qazax-Tovuz iqtisadi rayonunu əhatə edən festivalda Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonlarından fermerlər iştirak ediblər. Festivalda müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları, iqlimə dayanıqlı innovativ həllər və aqrar sahədə rəqəmsal sistemlər, müasir kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər. Tədbirdə ölkənin müxtəlif bölgələrindən qadın inkişaf və müəssisə qruplarını təmsil edən 150-dən çox fermer sahibkar öz məhsullarının nümayiş və satışını həyata keçirib.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov dövlətin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğı barədə məlumat verib, Aqrar Biznes Festivallarının rayonda aqrar sahənin inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi və fermerlərin innovativ həllərlə tanış olmasının əhəmiyyətinə toxunub. O, festivalın məqsədinin kənd təsərrüfatı sahəsindəki bütün maraqlı tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq və davamlı inkişaf mühiti yaratmaq olduğunu vurğulayıb. Festival iştirakçılarına müraciət edən Anar Cəfərov fermerləri aqrar sahədə yeni texnologiyaların tətbiqi prosesini sürətləndirməyə çağırıb.

Daha sonra “Aqrar Tədarük və Təchizat” ASC-nin sədri Elgün Məhəmmədəlizadə, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov çıxış edərək dövlətin kənd təsərrüfatı sektoruna göstərdiyi dəstək, xüsusilə də güzəştli kreditlər və digər maliyyə mexanizmlərindən danışıb, fermerlərin bu imkanlardan səmərəli istifadə etmələrinin vacibliyini qeyd ediblər.

Festival çərçivəsində fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırmaq məqsədilə kredit yarmarkası keçirilib. Yarmarkada iştirak edən maliyyə qurumları, bank və bank olmayan kredit təşkilatları tərəfindən fermerlərə güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri və sığorta imkanları barədə məlumatlar verilib.

Festivalda sərgi hissəsi ilə yanaşı, fermerlər üçün təlimlər də təşkil edilib. “Agrosystems” şirkətinin təsisçisi Köçəri Həsənov “Meyvə-tərəvəz məhsullarının uzun müddətli saxlanılması və soyuq zəncirin tətbiqi” mövzusunda təlimdə qida məhsullarının optimal temperaturda saxlanmasının davamlılığının təmin edilməsinin əhəmiyyətindən danışıb. “Maliyyə savadlılığının artırılması” mövzusunda keçirilən təlim isə fermerlərin maliyyə savadlılığının artırılmasına xidmət edib.

Festival çərçivəsində aqrar sahədə fəaliyyət göstərən kooperativlərin fəaliyyətinin gücləndirilməsi və onların bazara çıxış imkanlarının genişləndirilməsi məqsədilə  “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçirilib.

Forumun “Kooperativlərin formalaşmasına və strateji inkişafına dəstək” mövzusuna həsr edilən ilk panel müzakirəsində kooperativlərin qurulması, idarə olunması və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Forumun ikinci hissəsində “Kooperativlərin inkişafı: təşəbbüslər və uğurlu təcrübələr” mövzusunda panel müzakirələrdə “Akasiya”, “Qərb yenilikləri”, “Çinar” kənd təsərrüfatı məhsullarının istehsal-istehlak kooperativləri və “Lənkəran natural products” istehsal kooperativinin təsisçiləri sahibkarlıq fəaliyyəti və aqrar sahədə kooperativlərin inkişafına dair öz təcrübələrini bölüşüblər.

Forum regionlarda sahibkarların biznes mühitində daha fəal iştirakının stimullaşdırması və kooperativlər arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 17 Mart 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri