Tovuzda fəaliyyət göstərən ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Tovuz rayonunun Öysüzlü kəndində fəaliyyət göstərən fiziki şəxs Anar Süleyman oğlu Məmmədova məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama aparılıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Qida obyektində 24 müxtəlif əmtəə nişanlı, ümumi miqdarı 43,4 litr olmaqla 54 ədəd saxtalaşdırılmış araq məhsulu aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsulların müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi (istehsalçı adı və vöen) müəyyən olunub.
Faktla bağlı ictimai iaşə müəssisəsinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunə götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Həmin məhsulların satışının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 07 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















