Tox saxlayır, qoruyur, cavanlaşdırır...
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sağlam qidalanmanın ayrılmaz hissəsi olan qoz həm fiziki, həm də zehni sağlamlığa faydaları ilə diqqət çəkir.
Pravda.az bildirir ki, qoz tərkibindəki Omega-3 sayəsində ürək və beyin sağlamlığını qoruyur, epilepsiya və demans kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
Pəhriz saxlayanlar üçün toxluq hissi yaratdığına görə tövsiyə olunur. Uşaqların inkişafında mühüm rol oynayan minerallarla zəngin olan qoz, eyni zamanda immunitet sistemini gücləndirir, dərini parlaq saxlayaraq qocalma əlamətlərini azaldır. Həmçinin, melatonin hormonunu artıraraq yuxusuzluğa qarşı faydalıdır.
Hindistan qozu və onun yağı da sağlamlığa bir çox istiqamətdə töhfə verir. İmmuniteti gücləndirir, boğaz infeksiyalarına, bronxitə və həzm problemlərinə qarşı istifadə olunur. Qidalandırıcı xüsusiyyətləri ilə enerji verir, tox saxlayır və yağ yandırmağa kömək edir. Tərkibindəki laurik turşusu sayəsində antioksidant və antimikrob xüsusiyyətlərə malikdir. Xüsusilə Hindistan qozu yağı Alzheimer, şəkərli diabet, diş və dəri sağlamlığı üçün faydalı hesab olunur. Saç və dəriyə qulluqda da geniş istifadə edilir.
Mütəxəssislər həm adi, həm də Hindistan qozunun gündəlik və nizamlı şəkildə, uyğun miqdarda qəbul edilməsini tövsiyə edir.
Əminə Bayramova


