Icma.az
close
up
RU
Toy Bir rəsmin dedikləri

Toy Bir rəsmin dedikləri

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Onunla Azərbaycan rəssamlıq tarixində özünəməxsus yeri olan Reyhan Topçubaşovanın "Toy" əsəri haqqında danışmışıq.

Boyakarlıq sənətini öz yaradıcılığı ilə zənginləşdirən rəssamlarımızdan biri də Reyhan Topçubaşovadır. Reyhan xanım 1905-ci ildə anadan olub. Qeyri-adi istedada malik olan rəssamın həyat hekayəsi olduqca maraqlıdır. O, ilk təhsilini Hacı Zeynalabdin Tağıyevin yaratdığı Bakı Qızlar Məktəbində alıb. Amma təəssüf ki, təhsilini başa vura bilməyib. Özünəməxsus istedadına görə 1931-1935-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin 3-cü kursuna qəbul olunub.

Yaradıcılığa 1935-ci ildən başlayan rəssam 1943-cü ildə qadın rəssamları arasında ilk "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. Reyhan xanımın ən məşhur əsərləri haqqında danışarkən, "Toy", "Qız qalası ", "Dəniz" kimi işlərin adını qeyd edə bilərik.

- "Toy" rəssamın yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Əsər 1935-ci ildə çəkilib. 1936-cı ildə sərgidə nümayiş etdirilib. Bu əsər Reyhan xanımın diplom işi olub. Rəssam burada həyatiliyi xüsusi incəliklə işləyib. Tablo orijinallığı, məişətimizi tərənnüm edən etnoqrafik dolğunluğu baxımından xüsusilə maraq doğurur.

- Əsərin rəng həlli necədir?

- "Toy" bir neçə janrın bir-biri ilə qarşılıqlı vəhdəti əsasında işlənib. Bu əsər rəssamın yaradıcılığında yeni dövrün xəbərçisidir. "Toy" zəngin rəng həllinə malik tablodur. Burada soyuq və isti rənglər vəhdətdə təqdim olunub ki, bu da tonların keçidlərin mənzərəni daha ecazkar göstərməsinə şərait yaradır. Açıq və tünd tonlar isə hər bir geyimdə əks olunub. Tabloda məclisin getdiyi məkanın rənglərinin ahəngi səma cisimlərinin koloritini əks etdirir. Təsvir olunan bir neçə geyimin rənglərindəki müxfəliflik gözdən qaçmır. Örnəklərin koloriti, həm soyuq, həm də isti tonların vəhdət yaratması da önəmli məqamdır.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Azərbaycanın milli-mənəvi dəyərləri, adət-ənənələri tarixən rəssamların əsas mövzularından biri olub. Reyhan Topçubaşova ilə yanaşı, digər rəssamlar da öz əsərlərində milli motivləri əks etdirərək yaradıcılıqlarını bəzəyən silsilələlər yaradıblar. Reyhan xanımın mürəkkəb quruluşa məxsus olan "Toy" əsəri də belə kompozisyalardandır. Əsərin süjet xəttinin mürəkkəb olması və bir neçə obrazın müxtəlif quruluşlu bölgülərdə yerləşdirilməsi diqqət mərkəzindədir. Tablodan da göründüyü kimi, toy ab-havasında xanımlar şən və maraqlı vaxt keçirir. Mürəkkəb quruluşlu olan əsərdə xanımların rəqs etməsi, eyni zamanda ansambl heyətinin də əksi əsərin irihəcmli olmasına dəlalət edir. Tabloda nəzərə çarpan detallardan biri də xınayaxdı mərasimidir. Çoxfiqurlu olan işdə qadınların iki-iki, üç-üç qruplaşması da maraq yaradır. Onların aralarında olan söhbətləri, gəlini rəqsə dəvət etmələri göz oxşayır. Toy məclislərində gəlinə şabaş verilməsi ənənəsi burada da gözdən qaçmır. Fırça ustası hər bir gəlin üçün simvolizə olunan kəlağayı örnəyini çəhrayı rəngdə verərək əsərə bir başqa gözəllik qatıb. Gəlin obrazının yanında təsvir edilən uşaqların olması bizim adət-ənənələrimizdən gəlir. Ümumiyyətlə, əsər bir neçə toy ənənələrini özündə cəmləşdirir.

- Tablo hazırda harada saxlanılır?

- Əsər Milli İncəsənət Muzeyində qorunur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Rəssamın yaradıcılığında olan müxtəlif işlərin hər biri özünəməxsus xüsusiyyətlər ilə seçilir. "Toy" əsəri sənətkarın əsərləri içərisində irihəcmli olması ilə diqqət cəlb edir. Bu tabloda Azərbaycan rəqs sənətinə dair önəmli detallar da təsvir olunub. Yerə diqqətlə baxsaq, xalça sənətinə xas motivlərə rast gəlirik. Bir sözlə, Reyhan xanımın "Toy" əsərində qədimdən bu günə qədər gələn toy ənənələrinin gözəlliyini görürük.

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Noyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri