Icma.az
close
up
RU
Toyda bir birini bıçaqlayanlar məhkəmədə barışdı

Toyda bir birini bıçaqlayanlar məhkəmədə barışdı

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə qohumuna ağır bıçaq zərbəsi vurmaqda təqsirləndirilən Alim Qasımzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkən Qasımov Hüseynin ifadəsi ilə davam edib:

"Həmin gün yaxın bir qohumun toyunda idik. Mən ayaqyolunda idim, çıxanda o mənə yaxınlaşdı. Dedi ki,  foyedə söhbət edək. Keçib foyedəki divanda oturduq. Mənimlə təhqirlə danışmağa başladı. Alim mənə "Qardaşım uşağının toyuna niyə gəlmədin?" dedi. Mübahisə elə bundan sonra başladı, o mənə söyüş söydü. Dedim söyüş söymə. Mən ət işi ilə məşğulam deyə üstümdə həmişə bıçaq olur. Belimdəki  bıçağı çıxarıb qorxutmaq üçün onun  qarnına toxundurdum ki, söyüşü kəssin, amma onu vurmadım. O da başımdan və boğazımdan məni vurdu. Alim bıçağı əlimdən almağa çalışdı. Bayıra da çıxanda mən onu vurdum. Şikayətim yoxdur, barışmışıq. İfadədə guya bacımla oynadığına görə onu vurduğum yazıblar, mən belə bir ifadə işlətməmişəm".

Məhkəmə daha sonra sənədlərin tədqiqi mərhələsinə başladığını elan edib.

Növbəti proses 23  iyun saat 17:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 23 noyabr 2025-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Bənövşə" şadlıq sarayında baş verib.

Alim Qasımzadə qohumunun toy məclisində iştirak edən zaman şadlıq evinin dəhlizində əmisi oğlu Hüseyn Qasımov bacısı ilə rəqs etməsinə görə onu restoranın dəhlizinə söhbətə çağırıb. Mübahisə zamanı Alim Qasımzadə onunla kobud danışmasını əsas gətirərək, Hüseyn Qasımovun qarın nahiyəsinə bıçaq zərbəsi endirməklə sağlamlığına ciddi xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılıb, Alim Qasımzadə Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (Xüliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddələri ilə məsuliyyətə cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 İyun 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri