“Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran çempionatında “Mələvan” və Təbrizin “Traktor” komandaları arasında oktyabrın 18-də keçirilməli olan oyun baş tutmayıb. Buna meydan sahiblərinin azarkeşlərinin azərbaycanlılara qarşı təhqiramiz şüarlar səsləndirməsinin səbəb olduğu bildirilir.
Modern.az "Tasnim"ə istinadən xəbər verir ki, Bəndər-Ənzəli şəhərindəki stadionda oyunöncəsi isinmə hərəkətləri zamanı azarkeşlər azərbaycanlıları və türkləri hədəfə alan şüarlar səsləndiriblər. “Traktor”un kapitanı Şüca Xəlilzadə də təhqirlərə məruz qalıb.
Buna etiraz olaraq Təbriz təmsilçisinin futbolçuları meydanı tərk ediblər. Klubun sahibi Məhəmmədrza Zünuzinin komandaya paltardəyişmə otağına qayıtmaq göstərişi verdiyi bildirilir.
Hakimlər, oyun nümayəndələri və komandaların məşqçilərinin iştirakı ilə təxminən yarım saat davam edən danışıqlar nəticə verməyib. “Traktor” futbolçuları meydana qayıtmaqdan imtina etdikləri üçün qarşılaşma başlamayıb.
“Traktor” rəhbərliyi İran Futbol Federasiyasından “Mələvan” klubuna qarşı sərt tədbirlər görülməsini tələb edib. Əks halda, FIFA-ya rəsmi şikayət ünvanlanacağı bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 19 Oktyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















