Tramp 37 ci dəfə ABŞ nin İranla razılaşmaya çox yaxın olduğunu deyib...
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın yaxın iki həftə ərzində razılığa gələ biləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə respublikaçı senator Lindsi Qrehemə dəstək üçün keçirilən telekonfrans zamanı bildirib.
“Hazırda danışıqlar aparırıq və onlar (İran – red.) çox yaxşı bir razılaşma əldə etmək istəyirlər; bizə hər şeyi verməyə hazırdırlar. Nüvə silahlarından imtina etməyə hazırdırlar”, - deyə Amerika lideri qeyd edib.
“Düşünürəm ki, biz qalib gəlirik. Növbəti iki həftə ərzində qələbəmizi elan edə bilərik. Bu, tam bir qələbə olacaq və neft qiymətləri dərhal düşəcək”, - deyə Tramp sözünə davam edərək bildirib.
Digər tərəfdən, Tramp ABŞ-nin İranla razılaşmaya yaxın olduğunu 37 dəfə bildirib. Bu barədə CNN telekanalı məlumat verib. Telekanalın məlumatına görə, Tramp bunu daha çox sosial mediadakı paylaşımlarında, ictimaiyyət qarşısında çıxışlarında və media ilə telefon danışıqlarında ifadə edib.
Telekanal xatırladıb ki, bu fikir ilk dəfə martın 23-də səsləndirilib.
CNN hesab edir ki, Tramp bunu ya maliyyə bazarlarını sakitləşdirməyə çalışdığına, ya da bunu gerçəkləşdirə biləcəyinə inandığına görə deyir.
Bu mövzuda digər xəbərlər:Tramp: İranla razılaşmaya çox yaxınıq
17 Aprel 2026 00:47
Tramp: “İranla razılaşmaya çox yaxınıq”
17 Aprel 2026 13:06
CNN: Tramp İranla razılaşmanın yaxın olduğunu 37 dəfə bəyan edib
09 İyun 2026 10:18
Tramp İranla razılaşmaya hazır olduğunu bildirib
19 Noyabr 2025 23:26
Tramp İranla razılaşmaya açıq olduğunu bildirdi
19 Noyabr 2025 03:32
Baxış sayı:122
Bu xəbər 09 İyun 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















