Tramp: ABŞ nin blokadası İranla razılaşma əldə olunana qədər davam edəcək
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
"ABŞ-nin blokadası İranla razılaşma əldə olunana qədər davam edəcək"
Banco.az xəbər verir ki, Tramp Amerika xəbər platforması Axios-a verdiyi telefon müsahibəsində İranla potensial razılaşma prosesi barədə şərh verib.
Tramp İranın əvvəlcə Hörmüz boğazını açmaq və nüvə sazişini təxirə salmaqla bağlı son təklifini qəbul etmədiklərini bildirib.
İran limanlarının dəniz blokadasının davam edəcəyi mesajını verən Tramp qeyde dib ki, iranlılar razılığa gəlmək istəyirlər:
"Onlar mənim blokadanı davam etdirməyimi istəmirlər. Mən blokadanı qaldırmaq istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm".
Tramp İran limanlarına tətbiq edilən blokadanın bombalamaqdan daha təsirli olduğuna inandığını bildirib:
"Vəziyyətləri daha da pisləşəcək. Onların nüvə silahı ola bilməz".
Ağ ev rəhbəri dəniz blokadasının İranın neft ehtiyatlarına ciddi təzyiq göstərdiyini və ölkəyə hər gün əhəmiyyətli iqtisadi itkilər verdiyini iddia edərək, Tehran rejiminin bu vəziyyəti davam etdirə bilməyəcəyini və razılaşma axtardığını irəli sürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 30 Aprel 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















