Icma.az
close
up
RU
Tramp açıqlama verdi Rusiya və Türkiyə müharibəyə qoşulur?

Tramp açıqlama verdi Rusiya və Türkiyə müharibəyə qoşulur?

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

ABŞ-nin yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşdığı bildirilib. Məlumata görə, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər, lakin planların dəyişməsi ehtimalı var. Eyni zamanda, ABŞ-nin bir neçə federal agentliyin yüksək səviyyəli rəhbərliyi də zərbəyə hazırlaşır.

Maraqlıdır, əgər ABŞ zərbə endirərsə, Qafqaz ölkələrinin məsələyə daxil olması gözlənilirmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, ABŞ İranın nüvə proqramının sadəcə olaraq çəkindirmə gücü olmadığını bilir. İranın nüvə proqramı həm də İslam İnqilabı ideologiyasını inkişaf etdirmək üçün bir vasitədir.

Onun sözlərinə görə, ABŞ-nin son məqsədi İranın nüvə proqramındakı əldə edilmiş nəticələri tamamilə sıfırlamaqdan ibarət deyil:

“ABŞ Tehranın nüvə proqramının təhlükəli həddə qədər irəliləməsi barədə tövsiflər verərkən onun qarşısını almaqda da çətinlik çəkir. Buna görə də, Ağ Ev özünün minimum iştirakı ilə İsrail-İran münaqişəsinin idarəolunacaq səviyyədə təşkil edilməsini optimal variant kimi dövriyyədə saxlayır. Üstəlik, Vaşinqton həm də diqqətə çatdırır ki, ABŞ-nin fəal iştirakı olmadan İsrail İranın nüvə resurslarını məhv etmək üçün məhdud imkanlara malikdir. Bu, Donald Trampa İsrail-İran münaqişəsini ABŞ-nin qlobal güc proyeksiyasını inkişaf etdirmək üçün operativ şanslar tanıyır. 

İndi üçün əsas məqam budur ki, ABŞ və İsrail İranın nüvə proqramını əhəmiyyətli dərəcədə gecikdirən planını həyata keçirir. İranın nüvə obyektləri ilə yanaşı, nüvə alimlərinin də öldürülməsi gecikdirilmə üçün icra edilmiş akt idi. Ancaq Fordo nüvə obyektinə həlledici zərbələr endirmədən İranın nüvə proqramının ləğvi mümkünsüz kimi görünür. 

ABŞ-nin müharibədəki birbaşa hərbi iştirakına gəlincə, burada Vaşinqtonla İsrail daha az uyğunlaşırlar. ABŞ-də İrana qarşı mübarizədə İsraili dəstəkləməyə davam etməklə, Yaxın Şərqdəki gələcək müharibələrdən uzaq durmaq kimi dilemmalar mövcuddur”. 

A.Kərimov qeyd edib ki, ABŞ-nin birbaşa eskalasiyanın mərkəzində olması, Çin və Rusiyanın Vaşinqtonun uğursuzluqlarını artırması üçün hansı addımlar atacağı mövzusunu aktuallaşdırır:

“Deməli, müharibənin uzunmüddətli eskalasiya ssenarisi ABŞ üçün sərfəli deyil. Çünki ABŞ bu variantda daha çox, Rusiya və Çinin proseslərdə artan təsiri ilə üzləşə bilər. Lakin Rusiya və Çin də İranın nüvə silahı əldə etməsinə qarşıdır, onların ABŞ ilə mübarizə tempi daha çox geoiqtisadi və geosiyasi proqramlarla əlaqəlidir.  Çin və Rusiya İsrailin İrana hücumlarını pisləmək, hər iki tərəfi gərginliyi azaltmağa çağırmaqla böhranda özlərini məsuliyyətli aktyor və hətta potensial vasitəçi kimi tanıtma məqsədlərini ifadə edirlər. Təbii ki, Ağ Evin nəzərində bu, ABŞ-nin qlobal mövqeyini və təsirini zəiflətmək kampaniyası kimi dərk edilir. Ona görə ki, əsasən də Çinin münaqişə, onun nəticələri və arxa fonu ilə əlaqədar ABŞ üçün təhlükəli planları ola bilər. Bunun nədən ibarət olmasını müəyyənləşdirmək isə çətindir. 

Trampın ABŞ-nin hərbi təmsilçiliklə münaqişəyə qatılmaqda tərəddüd etməsi, paralel olaraq Ağ Evlə İran arasında nüvə danışıqlarına dair dialoq kanallarını qapatmaması həmin məqamları aydınlaşdırır. 


Trampa qarşı başqa bir sədd isə Konqres ola bilər. İrana qarşı hər hansı hücum əməliyyatında iştirak etməzdən əvvəl Trampdan Konqresin təsdiqini tələb edən qətnamələr təqdim etməsi qeyd olunan məsələni izah edir. Hərçənd ki, Trampın  qanunlar əsasında hərəkət edəcəyi də mübahisəlidir. Üstəlik, ABŞ-də Konqresin icazəsi olmadan Prezidentin hərbi güc tətbiq etməyə əmr verməsinə dair hüquqi müzakirələr də yer alır. 


Yekunda ABŞ-nin İrana qarşı hərbi hücumlarda iştirak edib-etməməsi eskalasiyanın dərəcəsindən, onun xarakterindən asılı olacaq. Əgər İran ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinə, amerikalı mülki şəxslərə qarşı əhəmiyyətli risk yaratsa, Vaşinqton Tehrana zərbələr seriyasında iştirakını hüquqiləşdirəcək”.

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 İyun 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri