Icma.az
close
up
RU
Tramp ailəsini özündən çıxaran gizli mesaj FTB nin keçmiş direktoru nəyə işarə edib? + FOTO

Tramp ailəsini özündən çıxaran gizli mesaj FTB nin keçmiş direktoru nəyə işarə edib? + FOTO

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ-da keçmiş FTB direktoru Ceyms Kominin "Instagram"da paylaşdığı sadə görünümlü foto bir neçə gündür ölkədə siyasi gərginliyi artırıb. Məsələ ondadır ki, Tramp ailəsi həmin paylaşımı Prezident Donald Trampa qarşı təhdid kimi qiymətləndirib. Paylaşımda qum üzərində qabıqlardan düzülmüş “8647” rəqəmləri yer alıb.

Trampın oğlu, Jr. Donald Tramp Kominin bu paylaşımını açıq şəkildə “qətl təhdidi” adlandırıb. Məsələ o qədər ciddiləşib ki, artıq ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi və Gizli Xidmət bu paylaşımı araşdırmağa başlayıb.

Sosial şəbəkələrdə və xüsusilə anti-Tramp dairələrində “8647” ifadəsi müəyyən mənada siyasi simvola çevrilib. Burada "86" amerikalıların slengində “yox etmək”, “aradan götürmək” mənasında istifadə olunur. “47” isə Trampın ABŞ-ın 47-ci prezidenti olmasına işarədir. Beləliklə, bu iki rəqəmin birlikdə istifadəsi “47-ni aradan götürmək” kimi yozula bilər. Tramp tərəfdarları da bu mənanı əsas gətirərək Kominin paylaşımını birbaşa təhdid kimi şərh ediblər.

Daxili Təhlükəsizlik naziri Kristi Noem bildirib ki, məsələ ilə bağlı rəsmi araşdırma başlanıb. ABŞ prezidentlərinin təhlükəsizliyinə cavabdeh olan Gizli Xidmətin nümayəndəsi Entoni Qulielmi qeyd edib ki, qorunan şəxslərə qarşı ehtimal olunan hər bir təhdid ciddi şəkildə araşdırılır.


FTB-nin hazırkı rəhbərliyi də məsələyə münasibət bildirib. Direktor Kaş Patel bəyan edib ki, FTB bu araşdırmada Gizli Xidmətə tam dəstək göstərəcək.

Ceyms Komi isə paylaşımın bu cür şərh olunmasından təəccübləndiyini bildirib. O deyib ki, məqsədi heç vaxt Trampa qarşı zorakı çağırış olmayıb. Onun sözlərinə görə, bu sadəcə siyasi mövqe ifadəsi olub.

Qeyd edək ki, Komi 2013–2017-ci illərdə FTB direktoru vəzifəsini icra edib və 2017-ci ildə məhz Donald Tramp tərəfindən vəzifədən azad olunub. Daha sonra o, Trampı tənqid edən şəxslərdən birinə çevrilib, hətta öz memuarlarında keçmiş prezidenti mafiya liderlərinə bənzədib.

Bu qalmaqal ABŞ siyasətində informasiya müharibəsinin nə qədər dərinləşdiyini və simvolların, şüarların, rəqəmlərin necə silaha çevrilə biləcəyini göstərir. Görünən odur ki, artıq sadə bir sosial şəbəkə paylaşımı belə prezidentə qarşı “təhdid” kimi dəyərləndirilə bilər.

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9702

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see564

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see265

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see238

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see233

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see198

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see168

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see161

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see157

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see140

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see140

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see136

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see131

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see131

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see128

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see128

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see124

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see123

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see122

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri